Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsildə İKT-nin tətbiqi müzakirə edilib
    AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirilib. Məlumatı “KƏLAMİNFO”ya İnformasiya Texnologiyaları İnstitutundan veriblər. Görüşdə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzi və məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadə, Təhsil Nazirliyinin “Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov və müvafiq sahə üzrə digər mütəxəssislər iştirak ediblər.

    Görüşdə müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsində İKT-nin tətbiqi ilə yeni biliklərin əldə olunmasının əhəmiyyətindən söhbət açılıb, təkcə müəllimlərdə deyil, həm də gənc kadrlarda İKT bilik və bacarıqların, təfəkkür və dünyagörüşünün formalaşmasının mühüm şərtlərdən olduğu qeyd edilib. Təhsildə İKT-nin tətbiqi, informatika fənni üzrə kurrikulum proqramının məqsədi, vəzifələri və perspektivləri müzakirə olunub. Azərbaycanda təhsilin informasiyalaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirən qonaq informatika fənni üzrə kurrikulumla bağlı apardığı araşdırmalar zamanı əldə etdiyi nəticələri diqqətə çatdırıb, dünya təcrübəsindən nümunələr gətirib. Kurrikulum proqramı üzrə keçirilən dərslərin uşaqların dünyagörüşünün inkişaf etməsinə və məntiqi bacarığının artmasına birbaşa təsir etdiyini vurğulayıb. “Öyrədənin öyrədəni” devizi ilə Azərbaycanda təşkil olunan seminarlara münasibət bildirən qonaq qeyd edib ki, müəllimlərin fəaliyyət dairəsinə yalnız müəllimlərin hazırlığına dəstək deyil, valideynlərlə iş, cəmiyyətin maarifləndirilməsi, cəmiyyətlə məktəbin, ailə ilə müəllimin əməkdaşlığının təşkil edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də daxildir. Görüşdə fənlərin məzmununun daim təkmilləşdirilməsi, təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması, və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 408
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30