Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qənirə Paşayeva işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunu təklif edib
30.06.12 00:45

“Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma seçkilərdə və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur. Onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.Deputat xatıladıb ki, bu yaxınlarda AŞPA-nın yay sessiyası zamanı fransalı millət vəkili ilə bununla bağlı kəskin mübahisə yaranıb. “Həmin şəxs də beynəlxalq hüquq normalarını pozaraq və Azərbaycan tərəfinin rəsmi icazəsini almayaraq, Dağlıq Qarabağa qeyri-qanuni səfər etmişdi. Təbii ki, biz bu məsələ ilə bağlı bir daha öz mövqeyimizi və qeyd etdik ki, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar” - deyə Q.Paşayeva vurğulayıb. Deputat deyir ki, qarşıdan yenə də həmin ərazilərdə qeyri-qanuni seçkilər gəlir. “Odur ki, həmin “seçkiləri” izləmək üçün buraya gəlmək istəyən şəxslərlə bağlı həmin ölkələrin Azərbaycandakı daimi nümayəndələrinə, səfirlərinə bir daha çatdırılsın ki, Azərbaycan dövlətinin razılığı olmadan işğal altındakı ərazilərə səfər etmək istəyən şəxslər arzuolunmayan şəxslər elan olunacaqlar. Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycan işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı” - deyə o əlavə edib. Q.Paşayevaya cavab olaraq spiker Oqtay Əsədov deyib ki, əgər həmin şəxslər beynəlxalq hüquq normalarını açıq-aşkar surətdə pozurlarsa, Azərbaycan tərəfinin bu yöndə hər hansı bir addımı ilə o cür məqamların qarşısını almaq mümkün olmayacaq. “Siz beynəlxalq hüquq normalarının pozulmasından danışdınız. Bu adamlar açıq-aşkar şəkildə bunu edirlərsə, hər hansı bir addımımıza baxmayaraq, yenə də bu əməllərindən əl çəkməyəcəklər. Ancaq hər halda bununla bağlı addımlarımızı atmaqda davam etməliyik. Hətta lazım gələrsə, adını çəkdiyiniz qanun layihəsi barədə də düşünmək olar” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6649.html