Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qənirə Paşayeva işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunu təklif edib
    “Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma seçkilərdə və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur. Onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.

    Deputat xatıladıb ki, bu yaxınlarda AŞPA-nın yay sessiyası zamanı fransalı millət vəkili ilə bununla bağlı kəskin mübahisə yaranıb. “Həmin şəxs də beynəlxalq hüquq normalarını pozaraq və Azərbaycan tərəfinin rəsmi icazəsini almayaraq, Dağlıq Qarabağa qeyri-qanuni səfər etmişdi. Təbii ki, biz bu məsələ ilə bağlı bir daha öz mövqeyimizi və qeyd etdik ki, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar” - deyə Q.Paşayeva vurğulayıb. Deputat deyir ki, qarşıdan yenə də həmin ərazilərdə qeyri-qanuni seçkilər gəlir. “Odur ki, həmin “seçkiləri” izləmək üçün buraya gəlmək istəyən şəxslərlə bağlı həmin ölkələrin Azərbaycandakı daimi nümayəndələrinə, səfirlərinə bir daha çatdırılsın ki, Azərbaycan dövlətinin razılığı olmadan işğal altındakı ərazilərə səfər etmək istəyən şəxslər arzuolunmayan şəxslər elan olunacaqlar. Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycan işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı” - deyə o əlavə edib. Q.Paşayevaya cavab olaraq spiker Oqtay Əsədov deyib ki, əgər həmin şəxslər beynəlxalq hüquq normalarını açıq-aşkar surətdə pozurlarsa, Azərbaycan tərəfinin bu yöndə hər hansı bir addımı ilə o cür məqamların qarşısını almaq mümkün olmayacaq. “Siz beynəlxalq hüquq normalarının pozulmasından danışdınız. Bu adamlar açıq-aşkar şəkildə bunu edirlərsə, hər hansı bir addımımıza baxmayaraq, yenə də bu əməllərindən əl çəkməyəcəklər. Ancaq hər halda bununla bağlı addımlarımızı atmaqda davam etməliyik. Hətta lazım gələrsə, adını çəkdiyiniz qanun layihəsi barədə də düşünmək olar” - deyə o əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 647
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30