Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vladimir Çernov: “Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”
28.06.12 22:14

“Bu gün Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumda çıxış edən Rusiya Prezident Aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov bildirib. O qeyd edib ki, iki ölkə arasındakı bu münasibətlərə geniş müqavilə-hüquq bazası və fəal iqtisadi əməkdaşlıq sübutdur. V.Çernov Rusiya ilə Azərbaycan arasında 2011-ci ildə ticarət dövriyyəsinin 3 milyard dollara yaxın olduğunu xatırladaraq deyib ki, bu, hələ son hədd deyil. “Bizim qarşılıqlı olaraq daha yüksək hədəflərimiz var” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6629.html