Vladimir Çernov: “Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”
“Bu gün Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumda çıxış edən Rusiya Prezident Aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov bildirib. O qeyd edib ki, iki ölkə arasındakı bu münasibətlərə geniş müqavilə-hüquq bazası və fəal iqtisadi əməkdaşlıq sübutdur.
V.Çernov Rusiya ilə Azərbaycan arasında 2011-ci ildə ticarət dövriyyəsinin 3 milyard dollara yaxın olduğunu xatırladaraq deyib ki, bu, hələ son hədd deyil. “Bizim qarşılıqlı olaraq daha yüksək hədəflərimiz var” - deyə o əlavə edib.