Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanda Almaniya modeli əsasında peşə təhsili müəssisəsi yaradılacaq
28.06.12 02:47

Təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən M.Mərdanov iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb. Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi” (TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət nümunəsi kimi nəzərə çatdırıb.P.Şahbazov iki ölkənin təhsil sahəsindəki uğurlu əlaqələrindən və onun daha da möhkəmləndirilməsi istiqamətlərindən söz açıb. Almaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirən O.Hauzer ölkəmizdə peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib. O.Hauzer Azərbaycanda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin yaradılması istiqamətlərindən bəhs edib və müvafiq layihənin Sumqayıt şəhərində reallaşdırılacağını açıqlayıb. Qonaq pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olması və burada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin mövcud region üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub. O.Hauzer, həmçinin alman dilində mövcud olan tədris materiallarının Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyindən də söz açıb. Görüşdə peşə təhsili müəssisəsinin yaradılması üzrə müvafiq qurumlarla birgə iş aparılması, bu müəssisə tərəfindən məzunlara veriləcək diplomun Almaniyada tanınması, treninq kurslarının təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6623.html