Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda Almaniya modeli əsasında peşə təhsili müəssisəsi yaradılacaq
    Təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən M.Mərdanov iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb. Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi” (TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət nümunəsi kimi nəzərə çatdırıb.

    P.Şahbazov iki ölkənin təhsil sahəsindəki uğurlu əlaqələrindən və onun daha da möhkəmləndirilməsi istiqamətlərindən söz açıb. Almaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirən O.Hauzer ölkəmizdə peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib. O.Hauzer Azərbaycanda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin yaradılması istiqamətlərindən bəhs edib və müvafiq layihənin Sumqayıt şəhərində reallaşdırılacağını açıqlayıb. Qonaq pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olması və burada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin mövcud region üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub. O.Hauzer, həmçinin alman dilində mövcud olan tədris materiallarının Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyindən də söz açıb. Görüşdə peşə təhsili müəssisəsinin yaradılması üzrə müvafiq qurumlarla birgə iş aparılması, bu müəssisə tərəfindən məzunlara veriləcək diplomun Almaniyada tanınması, treninq kurslarının təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 557
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30