Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident özəl sektora çağırış etdi
21.06.12 19:27

“Şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır. İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülüb, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilib. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaq, binalar, restoranlar tikiləcək. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaq. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər – parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. “Bəzi hallarda bu yerlərin bir hissəsi özəl yerlərlə kəsişir və hesab edirəm ki, bu sahədə özəl sektor da məsuliyyətli olmalıdır” deyən ölkə başçısı bildirib ki, Bakının gözəlləşməsi üçün hamı fədakar olmalıdır: “Ona görə, əgər hansısa yeni inkişaf layihələri müəyyən dərəcədə özəl torpağa da düşürsə, burada, əlbəttə, kompensasiya verməklə, ilk növbədə, dövlət maraqları və Bakı sakinlərinin maraqları ön planda olmalıdır. Çünki vaxtilə aparılmış özəlləşdirmə nəticəsində bəzi hallarda şəhərin mərkəzində yerlər qanunsuz olaraq zəbt edildi, ondan sonra hasar çəkildi, ondan sonra heç nə, elə torpaq kimi qalıb. Biz indi bu vəziyyətlə barışa bilmərik. Şəhərin mərkəzində, ya kənarında kifayət qədər yerlər vardır ki, hasara alıb saxlayıblar. Niyə saxlayırlar?! İndi şəhər inkişaf edir, yollar, yol qovşaqları çəkilməlidir, yeraltı parkinqlər, parklar, yaşıllıq zolaqları tikilməlidir. Ona görə, şəhər meriyası bu məsələlərlə bağlı, əlbəttə ki, qanun çərçivəsində bütün işləri elə görməlidir ki, ilk növbədə Bakı şəhərinin sakinləri o yerlərdən istifadə etsinlər. Biz imkan verə bilmərik ki, şəhərin mərkəzində hektarlarla ərazi hasarlanıb və ora elə ölü vəziyyətdə qalıbdır, insanlar da gəzməyə yer axtarırlar. İndi axşam vaxtlarında bulvarda tərpənməyə imkan yoxdur. Baxmayaraq ki, biz bulvarı genişləndirmişik, dənizə tərəf uzatmışıq, yenə də o qədər insan gəlir ki, orada indiki bulvar artıq kifayət etmir. Yəni insanların rahatlığı üçün şəhərdə gəzinti yerləri, parklar, meşə zolaqları tikilməlidir. Biz bunu edəcəyik. Amma yenə də deyirəm ki, özəl qurumlar bu məsələyə diqqətlə yanaşsınlar, özləri könüllü şəkildə təşəbbüs göstərsinlər. Əlbəttə ki, bu məsələlər onsuz da qanun çərçivəsində həll olunacaqdır”.
URL / WWW
http://kelam.az/article/a-6604.html