Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident özəl sektora çağırış etdi
    “Şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır. İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülüb, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilib. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaq, binalar, restoranlar tikiləcək. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaq. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər – parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır”.

    “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. “Bəzi hallarda bu yerlərin bir hissəsi özəl yerlərlə kəsişir və hesab edirəm ki, bu sahədə özəl sektor da məsuliyyətli olmalıdır” deyən ölkə başçısı bildirib ki, Bakının gözəlləşməsi üçün hamı fədakar olmalıdır: “Ona görə, əgər hansısa yeni inkişaf layihələri müəyyən dərəcədə özəl torpağa da düşürsə, burada, əlbəttə, kompensasiya verməklə, ilk növbədə, dövlət maraqları və Bakı sakinlərinin maraqları ön planda olmalıdır. Çünki vaxtilə aparılmış özəlləşdirmə nəticəsində bəzi hallarda şəhərin mərkəzində yerlər qanunsuz olaraq zəbt edildi, ondan sonra hasar çəkildi, ondan sonra heç nə, elə torpaq kimi qalıb. Biz indi bu vəziyyətlə barışa bilmərik. Şəhərin mərkəzində, ya kənarında kifayət qədər yerlər vardır ki, hasara alıb saxlayıblar. Niyə saxlayırlar?! İndi şəhər inkişaf edir, yollar, yol qovşaqları çəkilməlidir, yeraltı parkinqlər, parklar, yaşıllıq zolaqları tikilməlidir. Ona görə, şəhər meriyası bu məsələlərlə bağlı, əlbəttə ki, qanun çərçivəsində bütün işləri elə görməlidir ki, ilk növbədə Bakı şəhərinin sakinləri o yerlərdən istifadə etsinlər. Biz imkan verə bilmərik ki, şəhərin mərkəzində hektarlarla ərazi hasarlanıb və ora elə ölü vəziyyətdə qalıbdır, insanlar da gəzməyə yer axtarırlar. İndi axşam vaxtlarında bulvarda tərpənməyə imkan yoxdur. Baxmayaraq ki, biz bulvarı genişləndirmişik, dənizə tərəf uzatmışıq, yenə də o qədər insan gəlir ki, orada indiki bulvar artıq kifayət etmir. Yəni insanların rahatlığı üçün şəhərdə gəzinti yerləri, parklar, meşə zolaqları tikilməlidir. Biz bunu edəcəyik. Amma yenə də deyirəm ki, özəl qurumlar bu məsələyə diqqətlə yanaşsınlar, özləri könüllü şəkildə təşəbbüs göstərsinlər. Əlbəttə ki, bu məsələlər onsuz da qanun çərçivəsində həll olunacaqdır”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 408
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30