Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev: “Bakıda bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir”
22.06.12 04:27

“Su və kanalizasiya məsələlərinin həlli əsas diqqəti cəlb etməlidir. Çünki bu problem bütün dövrlərdə aktual idi. Biz isə bu problemi köklü şəkildə həll etmək əzmindəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. Prezident bildirib ki, Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir: “Müəyyən işlər görülüb, daha da böyük işlər görülməlidir ki, ən müasir standartlara cavab verən sistem yaradılsın. Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və “Azərsu” şirkətinin yeni təklifləri imkan verəcək ki, biz Bakının su problemlərini köklü şəkildə həll edək”.Dövlət başçısı qeyd edib ki, indiki vəziyyət bu məsələ hələ ürəkaçan deyil: “İndi fasilələr azalıb, suyun verilmə müddəti artırılıb. Ancaq biz elə etməliyik ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli su olsun. Mən qarşıya belə vəzifə qoymuşam. Əlbəttə, bu, böyük və çətin problemdir. Bakı böyük şəhərdir. Bakı Cənubi Qafqazın və bölgənin ən böyük şəhəridir. Əhalimiz də artır. Bakının əhalisi iki milyonu ötübdür. Burada su və kanalizasiya problemlərinin həlli həm çox böyük maliyyə vəsaiti, həm də texniki imkanlar tələb edir. Ancaq qarşıya bu vəzifə qoyulub. Biz bu vəzifəyə doğru getməliyik. Görülən işlər nəticəsində yeni sutəmizləyici qurğular tikilməkdədir. Bakıda yeni su anbarları tikilir ki, ümumiyyətlə onlar heç vaxt olmayıb. Bu anbarlar olmadan şəhəri dayanıqlı şəkildə su ilə təmin etmək mümkün deyil. Sutəmizləyici qurğular, süzgəclər və xətlər dəyişdirilməlidir, yenilənməlidir. Bu, böyük işlər, böyük peşəkarlıq tələb edən məsələlərdir. Ancaq vəzifə belə qoyulub ki, Bakının su problemləri birdəfəlik həll edilsin və icra olunan bu layihə gələcəyə də hesablansın. Çünki əhali artır, tələbat artır, iqtisadiyyat artır, sənaye potensialı artır. Beləliklə, biz uzunmüddətli strategiyamızı ona əsasən hesablamalıyıq”. Ölkə başçısının sözlərinə görə, bunlarla paralel olaraq, bütün bölgələrdə, bütün rayon mərkəzlərində və bəzi kəndlərdə indi böyük su-kanalizasiya layihələri icra edilir: “Bölgələrdə isə ümumiyyətlə su problemi heç vaxt lazımi səviyyədə olmayıb. Kanalizasiya, ümumiyyətlə yox idi. Ona görə bütün rayon mərkəzlərini su və kanalizasiya ilə təmin etmək üçün indi konkret tapşırıqlar verilib. Bu proqramı da biz çalışmalıyıq, gələn ilin sonuna qədər yekunlaşdıraq. Əgər buna imkan olmasa, 2014-cü ilin sonuna qədər bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir”.
URL / WWW
http://kelam.az/article/a-6602.html