Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlham Əliyev: “Bakıda bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir”
    “Su və kanalizasiya məsələlərinin həlli əsas diqqəti cəlb etməlidir. Çünki bu problem bütün dövrlərdə aktual idi. Biz isə bu problemi köklü şəkildə həll etmək əzmindəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. Prezident bildirib ki, Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir: “Müəyyən işlər görülüb, daha da böyük işlər görülməlidir ki, ən müasir standartlara cavab verən sistem yaradılsın. Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və “Azərsu” şirkətinin yeni təklifləri imkan verəcək ki, biz Bakının su problemlərini köklü şəkildə həll edək”.

    Dövlət başçısı qeyd edib ki, indiki vəziyyət bu məsələ hələ ürəkaçan deyil: “İndi fasilələr azalıb, suyun verilmə müddəti artırılıb. Ancaq biz elə etməliyik ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli su olsun. Mən qarşıya belə vəzifə qoymuşam. Əlbəttə, bu, böyük və çətin problemdir. Bakı böyük şəhərdir. Bakı Cənubi Qafqazın və bölgənin ən böyük şəhəridir. Əhalimiz də artır. Bakının əhalisi iki milyonu ötübdür. Burada su və kanalizasiya problemlərinin həlli həm çox böyük maliyyə vəsaiti, həm də texniki imkanlar tələb edir. Ancaq qarşıya bu vəzifə qoyulub. Biz bu vəzifəyə doğru getməliyik. Görülən işlər nəticəsində yeni sutəmizləyici qurğular tikilməkdədir. Bakıda yeni su anbarları tikilir ki, ümumiyyətlə onlar heç vaxt olmayıb. Bu anbarlar olmadan şəhəri dayanıqlı şəkildə su ilə təmin etmək mümkün deyil. Sutəmizləyici qurğular, süzgəclər və xətlər dəyişdirilməlidir, yenilənməlidir. Bu, böyük işlər, böyük peşəkarlıq tələb edən məsələlərdir. Ancaq vəzifə belə qoyulub ki, Bakının su problemləri birdəfəlik həll edilsin və icra olunan bu layihə gələcəyə də hesablansın. Çünki əhali artır, tələbat artır, iqtisadiyyat artır, sənaye potensialı artır. Beləliklə, biz uzunmüddətli strategiyamızı ona əsasən hesablamalıyıq”. Ölkə başçısının sözlərinə görə, bunlarla paralel olaraq, bütün bölgələrdə, bütün rayon mərkəzlərində və bəzi kəndlərdə indi böyük su-kanalizasiya layihələri icra edilir: “Bölgələrdə isə ümumiyyətlə su problemi heç vaxt lazımi səviyyədə olmayıb. Kanalizasiya, ümumiyyətlə yox idi. Ona görə bütün rayon mərkəzlərini su və kanalizasiya ilə təmin etmək üçün indi konkret tapşırıqlar verilib. Bu proqramı da biz çalışmalıyıq, gələn ilin sonuna qədər yekunlaşdıraq. Əgər buna imkan olmasa, 2014-cü ilin sonuna qədər bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 476
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30