Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Senatında Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub
14.06.12 19:25

ABŞ Senatının xarici əlaqələr komitəsində Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, senator Cin Şahinin sədrliyi ilə keçirilən dinləmələr zamanı ABŞ-ın Azərbaycan Respublikası, Niderland Krallığı və Surinam Respublikasında səfirləri namizədlərini nəzərdən keçirib. Xarici Münasibətlər Komitəsinin sədri, demokrat senator Con Kerri hər üç diplomatı təqdim edərək Azərbaycana səfir göndərilən Riçard Morninqstar haqqında bildirib ki, o, təqdim edilən vəzifəyə tələb olunan dərrakə, məsuliyyət, bölgə barədə dərin biliyə və geniş təcrübəyə malikdir. “Bu namizədlik olduqca vaxtında irəli sürülüb” deyən senator Kerri Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə uzun müddətli və hərtərəfli nizamasalınma yolunun tapılması ABŞ üçün bölgədə üzləşdiyi ən vacib məsələdir. Komitə sədri həmkarlarını səfir namizədlərini dəstəkləməyə və onların təsdiqi prosesini tezliklə yekunlaşdırmağa çağırıb.
Dinləmələrdə sədrlik edən Nyu-Həmpşir ştatından demokrat senator Cin Şahin də müzakirələrdə çıxış edərək Azərbaycanı strateji əhəmiyyətli Xəzər bölgəsində Amerikanın vacib tərəfdaşı adlandlırıb. Bu il ölkələrimiz arasında 20 illik diplomatik münasibətlər tarixinin qeyd edilməsini diqqətə çəkən xanım Şahin xatırladıb ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan bu yaxınlarda NATO-nun zirvə toplantısında təşkilatın “sülh tərəfdaşı” kimi iştirak edib. İraq, Kosovo və Əfqanıstanda ümumi səylərə töhvə verən Azərbaycan bu gün Əfqanıstana koalisiya qüvvələri təchizatının ötürülməsində mühüm keçiddir.
Daha sonra dinləmələrdə ABŞ-ın Azərbaycana səfiri kimi namizədliyi bu il aprelin 27-də Prezident Barak Obama tərəfindən irəli sürülən, hazırda ABŞ Dövlət Departamentində Avrasiya enerjisi məsələləri üzrə xüsusi nümayəndə vəzifəsində çalışan Riçard Morninqstar çıxış edib. O, qeyd edib ki, Birləşmiş Ştatlar dinc, demokratik, inkişaf edən və ABŞ-la Avropaya strateji şəkildə bağlanan Azərbaycandan yalnız faydalana bilər. Riçard Moninqstar Senat Komitəsi üzvləri qarşısında bildirib ki, ABŞ Azərbaycanı beynəlxalq təhlükəsizliyin təmin edilməsində artıq uzun müddətdir ki, etibarlı tərəfdaş hesab edir.
Azərbaycan, Niderland Krallığı və Surinama Amerikanın səfir namizədlərinin çıxışları dinləndikdən sonra diplomatlar Senat Komitəsi üzvlərinin suallarını cavablandırıblar.
Xatırladaq ki, Birləşmiş Ştatların Bakıda səfiri vəzifəsi ötən ilin dekabrından bəri vakant qalmaqdadır.
URL / WWW
http://kelam.az/article/a-6573.html