Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ABŞ Senatında Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub
    ABŞ Senatının xarici əlaqələr komitəsində Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, senator Cin Şahinin sədrliyi ilə keçirilən dinləmələr zamanı ABŞ-ın Azərbaycan Respublikası, Niderland Krallığı və Surinam Respublikasında səfirləri namizədlərini nəzərdən keçirib. Xarici Münasibətlər Komitəsinin sədri, demokrat senator Con Kerri hər üç diplomatı təqdim edərək Azərbaycana səfir göndərilən Riçard Morninqstar haqqında bildirib ki, o, təqdim edilən vəzifəyə tələb olunan dərrakə, məsuliyyət, bölgə barədə dərin biliyə və geniş təcrübəyə malikdir. “Bu namizədlik olduqca vaxtında irəli sürülüb” deyən senator Kerri Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə uzun müddətli və hərtərəfli nizamasalınma yolunun tapılması ABŞ üçün bölgədə üzləşdiyi ən vacib məsələdir.

    Komitə sədri həmkarlarını səfir namizədlərini dəstəkləməyə və onların təsdiqi prosesini tezliklə yekunlaşdırmağa çağırıb.
    Dinləmələrdə sədrlik edən Nyu-Həmpşir ştatından demokrat senator Cin Şahin də müzakirələrdə çıxış edərək Azərbaycanı strateji əhəmiyyətli Xəzər bölgəsində Amerikanın vacib tərəfdaşı adlandlırıb. Bu il ölkələrimiz arasında 20 illik diplomatik münasibətlər tarixinin qeyd edilməsini diqqətə çəkən xanım Şahin xatırladıb ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan bu yaxınlarda NATO-nun zirvə toplantısında təşkilatın “sülh tərəfdaşı” kimi iştirak edib. İraq, Kosovo və Əfqanıstanda ümumi səylərə töhvə verən Azərbaycan bu gün Əfqanıstana koalisiya qüvvələri təchizatının ötürülməsində mühüm keçiddir.
    Daha sonra dinləmələrdə ABŞ-ın Azərbaycana səfiri kimi namizədliyi bu il aprelin 27-də Prezident Barak Obama tərəfindən irəli sürülən, hazırda ABŞ Dövlət Departamentində Avrasiya enerjisi məsələləri üzrə xüsusi nümayəndə vəzifəsində çalışan Riçard Morninqstar çıxış edib. O, qeyd edib ki, Birləşmiş Ştatlar dinc, demokratik, inkişaf edən və ABŞ-la Avropaya strateji şəkildə bağlanan Azərbaycandan yalnız faydalana bilər. Riçard Moninqstar Senat Komitəsi üzvləri qarşısında bildirib ki, ABŞ Azərbaycanı beynəlxalq təhlükəsizliyin təmin edilməsində artıq uzun müddətdir ki, etibarlı tərəfdaş hesab edir.
    Azərbaycan, Niderland Krallığı və Surinama Amerikanın səfir namizədlərinin çıxışları dinləndikdən sonra diplomatlar Senat Komitəsi üzvlərinin suallarını cavablandırıblar.
    Xatırladaq ki, Birləşmiş Ştatların Bakıda səfiri vəzifəsi ötən ilin dekabrından bəri vakant qalmaqdadır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 341
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30