Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı ekspertlər Avropa Birliyi Regional Komitəsinin illik iclasında iştirak ediblər
12.06.12 16:20

Brusseldə Avropa Birliyinin Regional Komitəsində “Şərq Tərəfdaşlığı”nın yerli və regional hakimiyyətlərinin illik konfransı (CORLEAP) keçirilib. Tədbirdə iştirak edən Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) eksperti Samir Əliyevin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, konfransda Avropa Birliyinin rəsmiləri, o cümlədən tərəfdaş ölkələrin dövlət rəsmiləri, diplomatları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Görüşün məqsədi Şərq Tərəfdaşlığı (ŞT) siyasətinin genişləndirilməsi, CORLEAP gələcək fəaliyyətini və tərəfdaş ölkələrin milli səviyyələrində ŞT siyasətinin tətbiqi olub. Yığıncağı Avropa Birliyinin Regional Komitəsinin prezidenti xanım Mersedes Bresso idarə edib. Görüşdə, həmçinin İrlandiyanın, İsveçin, Danimarkanın, Rumıniyanın, Latviyanın, Macarıstanın, Çexiyanın yerli və regional hakimiyyət təmsilçiləri iştirak edib. Azərbaycanı tədbirdə Naxçıvan MR-in Ali Məclisinin üzvü Anar İbrahimov təmsil edib. Vətəndaş Cəmiyyəti Forumunun Yerli Hakimiyyət və Dövlət İdarəçiliyində İslahatlar (VCF YHDİİ) altqrupunun ekspertləri də yığıncaqda iştirak edib. Yığıncaq 2 sessiyadan ibarət olub. Birinci sessiyada CORLEAP-da təmsil olunan tərəflərin iştirakı ilə Avropa Qonşuluq Siyasətinin 2012-2013-cü illər üzrə Yol Xəritəsi müzakirə olunub. İkinci sessiyada tərəfdaş ölkələrdə yerli hakimiyyətlərin mövcud durumu ətrafında fikir mübadiləsi aparılıb. Sessiyanın ssas mövzusu tərəfdaş ölkələrdə maliyyə resurslarına çıxış və maliyyə əksmərkəzləşdirmə olub. Görüşdə ŞT-yə üzv olan ölkələrin nümayəndələri, CORLEAP-in Büro üzvləri təmsil olunduqları ölkələrdə yerli özünüidarənin gücləndirilməsi istiqamətində təmsil olunduqları ölkələrin hökumətlərinin atdıqları addımlar barədə çıxışlar ediblər. Tədbirə Vətəndaş Cəmiyyəti Forumunun Yerli Hakimiyyət və Dövlət İdarəçiliyində İslahatlar altqrupunun eksperti qismində qatılan S.Əliyev müzakirələrdə yerli demokratiyanın inkişafında əksmərkəzləşmənin, o cümlədən fiskal əksmərkəzləşminin vacibliyini bildirərək Avropa Birliyinin bu sahəyə diqqətinin artırılmasının əhəmiyyətindən danışıb.
URL / WWW
http://kelam.az/article/a-6550.html