Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanlı ekspertlər Avropa Birliyi Regional Komitəsinin illik iclasında iştirak ediblər
    Brusseldə Avropa Birliyinin Regional Komitəsində “Şərq Tərəfdaşlığı”nın yerli və regional hakimiyyətlərinin illik konfransı (CORLEAP) keçirilib. Tədbirdə iştirak edən Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) eksperti Samir Əliyevin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, konfransda Avropa Birliyinin rəsmiləri, o cümlədən tərəfdaş ölkələrin dövlət rəsmiləri, diplomatları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Görüşün məqsədi Şərq Tərəfdaşlığı (ŞT) siyasətinin genişləndirilməsi, CORLEAP gələcək fəaliyyətini və tərəfdaş ölkələrin milli səviyyələrində ŞT siyasətinin tətbiqi olub.

    Yığıncağı Avropa Birliyinin Regional Komitəsinin prezidenti xanım Mersedes Bresso idarə edib. Görüşdə, həmçinin İrlandiyanın, İsveçin, Danimarkanın, Rumıniyanın, Latviyanın, Macarıstanın, Çexiyanın yerli və regional hakimiyyət təmsilçiləri iştirak edib. Azərbaycanı tədbirdə Naxçıvan MR-in Ali Məclisinin üzvü Anar İbrahimov təmsil edib. Vətəndaş Cəmiyyəti Forumunun Yerli Hakimiyyət və Dövlət İdarəçiliyində İslahatlar (VCF YHDİİ) altqrupunun ekspertləri də yığıncaqda iştirak edib. Yığıncaq 2 sessiyadan ibarət olub. Birinci sessiyada CORLEAP-da təmsil olunan tərəflərin iştirakı ilə Avropa Qonşuluq Siyasətinin 2012-2013-cü illər üzrə Yol Xəritəsi müzakirə olunub. İkinci sessiyada tərəfdaş ölkələrdə yerli hakimiyyətlərin mövcud durumu ətrafında fikir mübadiləsi aparılıb. Sessiyanın ssas mövzusu tərəfdaş ölkələrdə maliyyə resurslarına çıxış və maliyyə əksmərkəzləşdirmə olub. Görüşdə ŞT-yə üzv olan ölkələrin nümayəndələri, CORLEAP-in Büro üzvləri təmsil olunduqları ölkələrdə yerli özünüidarənin gücləndirilməsi istiqamətində təmsil olunduqları ölkələrin hökumətlərinin atdıqları addımlar barədə çıxışlar ediblər. Tədbirə Vətəndaş Cəmiyyəti Forumunun Yerli Hakimiyyət və Dövlət İdarəçiliyində İslahatlar altqrupunun eksperti qismində qatılan S.Əliyev müzakirələrdə yerli demokratiyanın inkişafında əksmərkəzləşmənin, o cümlədən fiskal əksmərkəzləşminin vacibliyini bildirərək Avropa Birliyinin bu sahəyə diqqətinin artırılmasının əhəmiyyətindən danışıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 333
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30