Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gəlir
11.06.12 19:54

Sabah AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexin Bakıya səfəri başlayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib. O qeyd edib ki, həmməruzəçilərlə Milli Məclisdə görüş keçiriləcək. “Görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq”-deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, həmməruzəçilər Bakıda ədliyyə naziri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Ali Məhkəmənin sədri, baş prokuror, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, həmçinin dini icmaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin Qubaya səfər edəcək və orada yerli hakimiyyət orqanları və QHT-lərlə görüş keçirəcəklər. Səfər iyunun 14-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-6544.html