AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıya gəlir
Sabah AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexin Bakıya səfəri başlayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib.
O qeyd edib ki, həmməruzəçilərlə Milli Məclisdə görüş keçiriləcək. “Görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq”-deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, həmməruzəçilər Bakıda ədliyyə naziri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Ali Məhkəmənin sədri, baş prokuror, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, həmçinin dini icmaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin Qubaya səfər edəcək və orada yerli hakimiyyət orqanları və QHT-lərlə görüş keçirəcəklər.
Səfər iyunun 14-də başa çatacaq.