Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ilk mərhələsi başa çatmaq üzrədir
11.06.12 19:53

Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsi artıq ilkin mərhələsini başa çatdırmaq üzrədir. “KƏLAMİNFO” xəbər verir ki, layihə çərçivəsində keçən iki il müddətində müasir sərhəd idarəçiliyi tətbiqi sahəsində bir sıra uğurlara imza atılıb.Belə ki, 2020-ci ilədək “Ölkənin İnkişaf Strategiyasını” əks etdirən sənədə Proqramın səyi nəticəsində sərhəd idarəetməsində milli təhlükəsizliyi gücləndirmək üçün ayrıca xüsusi komponent daxil edilib. Daha sonra, Milli Sərhəd Təhlükəsizlik Konsepsiyasının hazırlanması işini həyata keçirərək xüsusi Dövlət Komissiyasının təsis olunması istiqamətində işlər aparılmaqdadır. Bundan başqa layihə bu sahədə qanunvericilikdə dəyişikliyi nəzərdə tutan sərhəd idarəçiliyini daha da təkmilləşdirmək məqsədi ilə ölkənin Sərhəd Məcəlləsinin işlənib hazırlanmasına təşəbbüs göstərib. Bütün bunlarla yanaşı layihə tərəfindən elektron-viza sisteminin tətbiqi, ikitərəfli sazişlərin təkmilləşdirilməsi bilik və potensialın inkişaf etdirilməsi, habelə tərəfdaş təşkilatların (DGK, DSX) fəaliyyətini gücləndirmək məqsədilə avadanlıqlarla təchizat işlərinə davamlı dəstək göstərib. Layihənin İdarəetmə Komitəsinin əvvəlcədən təşkil etdiyi İş Planına uyğun olaraq görülmüş işlərin monitorinqi, bütövlükdə sərhəd, idarəçiliyi sahəsində görülmüş işlərin qiymətləndirilməsinə dair ölkə hesabatı hazırlanacaq. Bu məqsədlə layihənin tərəfdaşı İCMPD -nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) ekspertlər qrupu Azərbaycanda səfərdədir. İyun ayının 11-15 tarixlərində davam edəcək bu səfərdə ekspertlər qrupunun aidiyyatı Dövlət qurumlarında (XİN, DGK, DSX, DMX) habelə Avropa İttifaqı və ona üzv dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə əsasən Sərhəd İdarəetməsinin Avropa modellərinin və standartlarının ölkəmizdə tətbiqinə əlavə dəstəyin verilməsi və xüsusi olaraq, Gürcüstan Respublikası ilə sərhədlər arası əməkdaşlığın gücləndirilməsinə davamlı səylərin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfərin yekunu olaraq hazırlanacaq ölkə hesabatı sərhəd idarəçiliyinə dair beynəlxalq əməkdaşlığın inkişafına, habelə bu sahədə effektiv sərhəd idarəetmə islahatlarını nəzərdə tutan yeni birgə layihələrin işlənməsinə böyük töhfə verəcək.
URL / WWW
http://kelam.az/article/a-6538.html