Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ilk mərhələsi başa çatmaq üzrədir
    Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsi artıq ilkin mərhələsini başa çatdırmaq üzrədir. “KƏLAMİNFO” xəbər verir ki, layihə çərçivəsində keçən iki il müddətində müasir sərhəd idarəçiliyi tətbiqi sahəsində bir sıra uğurlara imza atılıb.

    Belə ki, 2020-ci ilədək “Ölkənin İnkişaf Strategiyasını” əks etdirən sənədə Proqramın səyi nəticəsində sərhəd idarəetməsində milli təhlükəsizliyi gücləndirmək üçün ayrıca xüsusi komponent daxil edilib. Daha sonra, Milli Sərhəd Təhlükəsizlik Konsepsiyasının hazırlanması işini həyata keçirərək xüsusi Dövlət Komissiyasının təsis olunması istiqamətində işlər aparılmaqdadır. Bundan başqa layihə bu sahədə qanunvericilikdə dəyişikliyi nəzərdə tutan sərhəd idarəçiliyini daha da təkmilləşdirmək məqsədi ilə ölkənin Sərhəd Məcəlləsinin işlənib hazırlanmasına təşəbbüs göstərib. Bütün bunlarla yanaşı layihə tərəfindən elektron-viza sisteminin tətbiqi, ikitərəfli sazişlərin təkmilləşdirilməsi bilik və potensialın inkişaf etdirilməsi, habelə tərəfdaş təşkilatların (DGK, DSX) fəaliyyətini gücləndirmək məqsədilə avadanlıqlarla təchizat işlərinə davamlı dəstək göstərib. Layihənin İdarəetmə Komitəsinin əvvəlcədən təşkil etdiyi İş Planına uyğun olaraq görülmüş işlərin monitorinqi, bütövlükdə sərhəd, idarəçiliyi sahəsində görülmüş işlərin qiymətləndirilməsinə dair ölkə hesabatı hazırlanacaq. Bu məqsədlə layihənin tərəfdaşı İCMPD -nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) ekspertlər qrupu Azərbaycanda səfərdədir. İyun ayının 11-15 tarixlərində davam edəcək bu səfərdə ekspertlər qrupunun aidiyyatı Dövlət qurumlarında (XİN, DGK, DSX, DMX) habelə Avropa İttifaqı və ona üzv dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə əsasən Sərhəd İdarəetməsinin Avropa modellərinin və standartlarının ölkəmizdə tətbiqinə əlavə dəstəyin verilməsi və xüsusi olaraq, Gürcüstan Respublikası ilə sərhədlər arası əməkdaşlığın gücləndirilməsinə davamlı səylərin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfərin yekunu olaraq hazırlanacaq ölkə hesabatı sərhəd idarəçiliyinə dair beynəlxalq əməkdaşlığın inkişafına, habelə bu sahədə effektiv sərhəd idarəetmə islahatlarını nəzərdə tutan yeni birgə layihələrin işlənməsinə böyük töhfə verəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 315
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30