Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Empatiya” sənədli filminin təqdimatı olub
06.06.12 02:07

“De-institusionalizasiya və nativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış” adlı layihəni uğurla başa vuraraq, bu layihə çərçivəsində yeni sənədli filmin çəkilişini yekunlaşdırıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırkı vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə “İRƏLİ” Prodakşın tərəfindən çəkilən “Empatiya” sənədli filminin təqdimatı olub. Təqdimatda səslənib ki, ailə himayəsindən mərhum olan uşaqların ailələrə verilməsi haqqında çox danışılsa da bu işə vətəndaşlar tərəfindən maraq o qədər yüksək deyil.Millət vəkili Ceyhun Osmanlı “cəmiyyətimizdə olan heç bir problemə biganə qalmamalıyıq” fikrini səsləndirərək, bu problemlərdən ən böyüklərindən birinin də məhz kimsəsiz uşaqlara olan münasibətlərin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Təhsil Nazirliyinin əməkdaşı, uşaq psixoloqu Şərafət Şirinli isə filmdən danışarkən, ümidlə bildirib ki, bu film öz təsirini göstərəcək: “Mən inanıram ki, bu filmin telekanallarda nümayişindən sonra vətəndaşlar arasında bu problemlərə olan münasibətlər dəyişəcək. Filimdə də fakt olaraq göstərilir ki, bu sahədə dövlət səviyyəsində də bir sıra işlər görülməkdədir”.
Qeyd edək ki, sənədlər və faktlarla ərsəyə gətirilməsi planlaşdırılan filmə bədii çalarlar da əlavə olunub. “Biz düşünürdük ki, bu sənədli film olacaq. Amma sonra qərara aldıq ki, bədiilik və kreativlik də qatılsın ki, sadə vətəndaşlar da bu filmin mahiyyətini başa düşüb lazım olan köməkliyi əllərindən əsirgəməsinlər” - deyə filmin direktoru Elvin Abdullayev bildirib.
Xatırladaq ki, “İrəli” Prodakşın tərəfindən istehsal olunan bu filmi yerli telekanallar yayımlamağa razılıq verib və sabahdan etibarən “Empatiya” sənədli filmi efirdə olacaq.
URL / WWW
http://kelam.az/article/a-6504.html