Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Empatiya” sənədli filminin təqdimatı olub
    “De-institusionalizasiya və nativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış” adlı layihəni uğurla başa vuraraq, bu layihə çərçivəsində yeni sənədli filmin çəkilişini yekunlaşdırıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırkı vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə “İRƏLİ” Prodakşın tərəfindən çəkilən “Empatiya” sənədli filminin təqdimatı olub. Təqdimatda səslənib ki, ailə himayəsindən mərhum olan uşaqların ailələrə verilməsi haqqında çox danışılsa da bu işə vətəndaşlar tərəfindən maraq o qədər yüksək deyil.

    Millət vəkili Ceyhun Osmanlı “cəmiyyətimizdə olan heç bir problemə biganə qalmamalıyıq” fikrini səsləndirərək, bu problemlərdən ən böyüklərindən birinin də məhz kimsəsiz uşaqlara olan münasibətlərin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
    Təhsil Nazirliyinin əməkdaşı, uşaq psixoloqu Şərafət Şirinli isə filmdən danışarkən, ümidlə bildirib ki, bu film öz təsirini göstərəcək: “Mən inanıram ki, bu filmin telekanallarda nümayişindən sonra vətəndaşlar arasında bu problemlərə olan münasibətlər dəyişəcək. Filimdə də fakt olaraq göstərilir ki, bu sahədə dövlət səviyyəsində də bir sıra işlər görülməkdədir”.
    Qeyd edək ki, sənədlər və faktlarla ərsəyə gətirilməsi planlaşdırılan filmə bədii çalarlar da əlavə olunub. “Biz düşünürdük ki, bu sənədli film olacaq. Amma sonra qərara aldıq ki, bədiilik və kreativlik də qatılsın ki, sadə vətəndaşlar da bu filmin mahiyyətini başa düşüb lazım olan köməkliyi əllərindən əsirgəməsinlər” - deyə filmin direktoru Elvin Abdullayev bildirib.
    Xatırladaq ki, “İrəli” Prodakşın tərəfindən istehsal olunan bu filmi yerli telekanallar yayımlamağa razılıq verib və sabahdan etibarən “Empatiya” sənədli filmi efirdə olacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 439
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30