Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmira Süleymanova növbəti ictimai dinləmələri Bərdədə keçirib
26.05.12 02:07

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (MFP) ilə bağlı növbəti regional ictimai dinləmələri Bərdədə keçirib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Tədbirdə Milli Məclisin bu bölgə üzrə seçilmiş deputatı Gövhər Baxşəliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, regiondakı ətraf rayonlar – Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Saatlı, Sabirabad, Ucar, Zərdab və Kürdəmir icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri, qaçqın və məcburi köçkünlər iştirak etmişlər.Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkəmizdə insan hüquqlarının təmininin prioritet məsələlərdən olduğunu söyləyib. O, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən adı çəkilən sənədin icrası ilə bağlı Tədbirlər Planının qəbul olunduğunu söyləyib, bu sahədə görülmüş işlər barədə məlumat verib. Ombudsman ölkəmizdə insan hüquqları sahəsində qəbul edilən proqramlardan danışıb, MFP-nin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Millət vəkili G.Baxşəliyeva insan hüquqları istiqamətində milli qanunvericilik, yeni qəbul olunan qanunlar barədə məlumat verib, MFP-nin əhəmiyyətini diqqətə çatdırıb, insanların öz hüquqlarını bilməsinin vacibliyini vurğulayıb. Müzakirələr zamanı Sabirabad, Tərtər, Zərdab, Ağcabədi, İmişli, Ağdam, Kürdəmir, Füzuli, Ucar, Saatlı rayonları icra hakimiyyətləri başçılarının müavinləri və digər qurumların nümayəndələri insan hüquqları sahəsində əhali arasında hüquqi maariflənmənin təşkili, QHT-lər və KİV-lə əməkdaşlıq barədə məlumat veriblər. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində yaranan qaçqın və məcburi köçkünlər problemi, insanların öz hüquqlarını hələ də tam bilməməsi, bir müddət əvvəl Kür çayı ətrafında baş verən daşqınlar zamanı üzə çıxan bəzi fəsadların nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, narkomaniya və s. problemlər diqqətə çatdırılıb. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub. Müvəkkil səfər çərçivəsində Bərdə Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib, şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılan hər bir kəslə təkbətək söhbət aparıb, hüquqlarını izah edib.
URL / WWW
http://kelam.az/article/a-6422.html