Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmira Süleymanova növbəti ictimai dinləmələri Bərdədə keçirib
    İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (MFP) ilə bağlı növbəti regional ictimai dinləmələri Bərdədə keçirib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Tədbirdə Milli Məclisin bu bölgə üzrə seçilmiş deputatı Gövhər Baxşəliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, regiondakı ətraf rayonlar – Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Saatlı, Sabirabad, Ucar, Zərdab və Kürdəmir icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri, qaçqın və məcburi köçkünlər iştirak etmişlər.

    Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkəmizdə insan hüquqlarının təmininin prioritet məsələlərdən olduğunu söyləyib. O, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən adı çəkilən sənədin icrası ilə bağlı Tədbirlər Planının qəbul olunduğunu söyləyib, bu sahədə görülmüş işlər barədə məlumat verib. Ombudsman ölkəmizdə insan hüquqları sahəsində qəbul edilən proqramlardan danışıb, MFP-nin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Millət vəkili G.Baxşəliyeva insan hüquqları istiqamətində milli qanunvericilik, yeni qəbul olunan qanunlar barədə məlumat verib, MFP-nin əhəmiyyətini diqqətə çatdırıb, insanların öz hüquqlarını bilməsinin vacibliyini vurğulayıb. Müzakirələr zamanı Sabirabad, Tərtər, Zərdab, Ağcabədi, İmişli, Ağdam, Kürdəmir, Füzuli, Ucar, Saatlı rayonları icra hakimiyyətləri başçılarının müavinləri və digər qurumların nümayəndələri insan hüquqları sahəsində əhali arasında hüquqi maariflənmənin təşkili, QHT-lər və KİV-lə əməkdaşlıq barədə məlumat veriblər. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində yaranan qaçqın və məcburi köçkünlər problemi, insanların öz hüquqlarını hələ də tam bilməməsi, bir müddət əvvəl Kür çayı ətrafında baş verən daşqınlar zamanı üzə çıxan bəzi fəsadların nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, narkomaniya və s. problemlər diqqətə çatdırılıb. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub. Müvəkkil səfər çərçivəsində Bərdə Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib, şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılan hər bir kəslə təkbətək söhbət aparıb, hüquqlarını izah edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 492
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30