Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılır
21.05.12 20:33

Bərdə rayonunun Xam Torpaq adlanan ərazisində məcburi köçkün ailələri üçün yeni qəsəbə inşa edilir. Məlumatı “KƏLAMİNFO” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən veriblər.
134 hektar ərazini əhatə edən yeni qəsəbə 195 məcburi köçkün ailəsi üçün salınır. Burada 15 birotaqlı, 98 ikiotaqlı, 72 üçotaqlı, 4 dördotaqlı ev tikilir.  Bundan başqa, hər bir ailə üçün 12 sot həyətyanı sahə, 48 sot əkin sahəsi nəzərdə tutulub. Yeni qəsəbədə 198 şagird yerlik məktəb binası, 25 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, poçt binası tikilir. Ərazidə yaşıllaşdırma işləri də diqqət mərkəzində olacaq, burada böyük park salınacaq, idman meydançası qurulacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaq.  Hazırda tikinti ilə 6 təşkilat məşğul olur. İşlər sürətlə davam etdirilir.  Qəsəbənin iyulun sonunda təhvil verilməsi nəzərdə tutulub.
Həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində də məcburi köşkün ailələri üçün yaşayış mənzillərindən ibarət məhəllə  tikilir.  760 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 13 ədəd beşmərtəbəli bina tikilir.  Məhəllədə 540 şagird yerlik məktəb, 280 çarpayılıq uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, inzibati və poçt binası da tikiləcək. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Tikintisinə 359 işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının da salınması nəzərdə tutulub.
Qeyd edək ki, Komitə sədri Əli Həsənov hər iki ərazidə aparılan tikinti ilə tanış olub. O bildirib ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait 2,5 dəfə artırılıb. Hazırda Azərbaycanın ona yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılmaqdadır.
URL / WWW
http://kelam.az/article/a-6395.html