Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılır
    Bərdə rayonunun Xam Torpaq adlanan ərazisində məcburi köçkün ailələri üçün yeni qəsəbə inşa edilir. Məlumatı “KƏLAMİNFO” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən veriblər.
    134 hektar ərazini əhatə edən yeni qəsəbə 195 məcburi köçkün ailəsi üçün salınır. Burada 15 birotaqlı, 98 ikiotaqlı, 72 üçotaqlı, 4 dördotaqlı ev tikilir. 

    Bundan başqa, hər bir ailə üçün 12 sot həyətyanı sahə, 48 sot əkin sahəsi nəzərdə tutulub. Yeni qəsəbədə 198 şagird yerlik məktəb binası, 25 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, poçt binası tikilir. Ərazidə yaşıllaşdırma işləri də diqqət mərkəzində olacaq, burada böyük park salınacaq, idman meydançası qurulacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaq.  Hazırda tikinti ilə 6 təşkilat məşğul olur. İşlər sürətlə davam etdirilir.  Qəsəbənin iyulun sonunda təhvil verilməsi nəzərdə tutulub.
    Həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində də məcburi köşkün ailələri üçün yaşayış mənzillərindən ibarət məhəllə  tikilir.  760 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 13 ədəd beşmərtəbəli bina tikilir.  Məhəllədə 540 şagird yerlik məktəb, 280 çarpayılıq uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, inzibati və poçt binası da tikiləcək. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Tikintisinə 359 işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının da salınması nəzərdə tutulub.
    Qeyd edək ki, Komitə sədri Əli Həsənov hər iki ərazidə aparılan tikinti ilə tanış olub. O bildirib ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait 2,5 dəfə artırılıb. Hazırda Azərbaycanın ona yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılmaqdadır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 381
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30