Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
17.05.12 17:40

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, general-mayor Mədət Quliyev BMT-nin Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Görüşdə nazir müavini Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barədə məlumat verib, beynəlxalq təşkilatlarla Penitensiar xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib. Qeyd olunub ki, BMT-nin müvafiq qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, BQXK və digər təşkilatlar tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu var. Xüsusilə vurğulanıb ki, son illər ərzində BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olanlara göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli artıb, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb.BMT-nin xüsusi məruzəçisi Anand Qrover Penitensiar xidmətin fəaliyyəti, səhiyyə xidmətinin təşkili, habelə cəzanın icrası və çəkilməsi qaydaları ilə bağlı çoxsaylı suallar verib. A.Qroverin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Görüş zamanı bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarına baş çəkilməsi haqda razılıq əldə edilib. Qəbulda BMT-nin əməkdaşları və Penitensiar xidmətin rəhbərliyi iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-6372.html