Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
    Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, general-mayor Mədət Quliyev BMT-nin Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Görüşdə nazir müavini Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barədə məlumat verib, beynəlxalq təşkilatlarla Penitensiar xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib. Qeyd olunub ki, BMT-nin müvafiq qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, BQXK və digər təşkilatlar tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu var. Xüsusilə vurğulanıb ki, son illər ərzində BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olanlara göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli artıb, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb.

    BMT-nin xüsusi məruzəçisi Anand Qrover Penitensiar xidmətin fəaliyyəti, səhiyyə xidmətinin təşkili, habelə cəzanın icrası və çəkilməsi qaydaları ilə bağlı çoxsaylı suallar verib. A.Qroverin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Görüş zamanı bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarına baş çəkilməsi haqda razılıq əldə edilib. Qəbulda BMT-nin əməkdaşları və Penitensiar xidmətin rəhbərliyi iştirak edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 552
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30