Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar MDB PA-nın toplantısına yollanıblar
15.05.12 20:46

Bu gün Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyanın toplantılarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yollanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəzail Ağamalı, Elmira Axundova, Elton Məmmədov, Aslan Cəfərov, Adil Əliyev, Rüfət Quliyev, İqbal Məmmədov və Mirkazım Kazımov daxildirlər.
Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 37-ci plenar iclası, qurumun daimi komissiyalarının toplantıları, V Neva Konqresinin keçirilməsi nəzərdə tutulub. Parlamentlərarası Assambleyanın plenar iclasının gündəliyinə  “Mülkiyyət hüququ və onun müdafiəsi”, “Normativ hüquqi aktların korrupsiyaya qarşı ekspertizası”, “Sərhəd orqanları”, “İdman hazırlığı”, “Mədəni irsin obyektləri” haqqında, sair model qanunlar və digər sənədlər daxil edilib. Təşkilatın Şura yığıncağında daimi komissiya sədrlərinin təsdiq edilməsi, MDB ərazisində əmək miqrasiyasının iqtisadi səmərəliliyi və  insan alverinə qarşı tədbirlərə həsr olunmuş Dəyirmi masaların nəticələri, qurumun müşahidəçilərinin Ermənistanda parlament seçkilərinin monitorinqində iştirakı, model qanunvericiliklə bağlı perspektiv planda dəyişikliklər edilməsi haqqında məsələlərə baxılacaq. Daimi komissiyaların toplantılarında aidiyyəti üzrə MDB ölkələrində dövlət başçılarının seçkiləri ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, milli referendumlar, quruma üzv ölkələrin regional əməkdaşlığı, yerli özünüidarəetmə və yerli maliyyənin təşkilinin ümumi prinsipləri, elektron sənəd, ekoloji təhlükəsizlik, xalq yaradıcılığı nümunələrinin mühafizəsi və digər müxtəlif səpkili hüquqi aktlarla bağlı  müzakirələr aparılacaq.
Millət vəkilləri keçiriləcək tədbirlərdə yaxından iştirak edəcək, qaldırılan mövzular barədə fikirlərini bölüşəcəklər. Səfər zamanı deputatlarımız həmçinin V Neva beynəlxalq ekoloji konqresinin işinə də qatılacaqlar. Tədbirdə ekoloji təhlükəsizliyin təmin edilməsi, ekoloji mədəniyyətin formalaşması, bu istiqamətdə dövlətin, işgüzar dairələrin, vətəndaş cəmiyyətlərinin qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq.
Səfər mayın 20-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-6343.html