Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanlı deputatlar MDB PA-nın toplantısına yollanıblar
    Bu gün Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyanın toplantılarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yollanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    Nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəzail Ağamalı, Elmira Axundova, Elton Məmmədov, Aslan Cəfərov, Adil Əliyev, Rüfət Quliyev, İqbal Məmmədov və Mirkazım Kazımov daxildirlər.
    Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 37-ci plenar iclası, qurumun daimi komissiyalarının toplantıları, V Neva Konqresinin keçirilməsi nəzərdə tutulub.

    Parlamentlərarası Assambleyanın plenar iclasının gündəliyinə  “Mülkiyyət hüququ və onun müdafiəsi”, “Normativ hüquqi aktların korrupsiyaya qarşı ekspertizası”, “Sərhəd orqanları”, “İdman hazırlığı”, “Mədəni irsin obyektləri” haqqında, sair model qanunlar və digər sənədlər daxil edilib. Təşkilatın Şura yığıncağında daimi komissiya sədrlərinin təsdiq edilməsi, MDB ərazisində əmək miqrasiyasının iqtisadi səmərəliliyi və  insan alverinə qarşı tədbirlərə həsr olunmuş Dəyirmi masaların nəticələri, qurumun müşahidəçilərinin Ermənistanda parlament seçkilərinin monitorinqində iştirakı, model qanunvericiliklə bağlı perspektiv planda dəyişikliklər edilməsi haqqında məsələlərə baxılacaq. Daimi komissiyaların toplantılarında aidiyyəti üzrə MDB ölkələrində dövlət başçılarının seçkiləri ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, milli referendumlar, quruma üzv ölkələrin regional əməkdaşlığı, yerli özünüidarəetmə və yerli maliyyənin təşkilinin ümumi prinsipləri, elektron sənəd, ekoloji təhlükəsizlik, xalq yaradıcılığı nümunələrinin mühafizəsi və digər müxtəlif səpkili hüquqi aktlarla bağlı  müzakirələr aparılacaq.
    Millət vəkilləri keçiriləcək tədbirlərdə yaxından iştirak edəcək, qaldırılan mövzular barədə fikirlərini bölüşəcəklər. Səfər zamanı deputatlarımız həmçinin V Neva beynəlxalq ekoloji konqresinin işinə də qatılacaqlar. Tədbirdə ekoloji təhlükəsizliyin təmin edilməsi, ekoloji mədəniyyətin formalaşması, bu istiqamətdə dövlətin, işgüzar dairələrin, vətəndaş cəmiyyətlərinin qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq.
    Səfər mayın 20-də başa çatacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 345
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30