Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub
15.05.12 02:12

Bu gün Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə USAİD-in dəstəyi ilə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr” adlı Dəyirmi masa keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda indiyədək bu sahədə qəbul olunan qanunlar barədə qısa məlumat verib.

Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əskərov bildirib ki, Azərbaycan tarixində ümumiyyətlə korrupsiya virusu olmayıb. Onun sözlərinə görə bu virus Azərbaycana xaricdən idxal olunub. “Xüsusilə Çar Rusiyasının Azərbaycanda istilası başlayandan sonra bu hal yaşadığımız ərazidə genişlənib”-deyə o əlavə edib. E.Əskərov həmçinin korrupsiyanın zərərləri barədə danışaraq Azərbaycanda korrupsiyaya qarşı mövcud qanunvericilik aktları haqda məlumat verib. Tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sədri Rəna Səfərəliyeva parlamentin bu sahədə ciddi addımlar atmasına baxmayaraq, bu məsələ ilə bağlı qanunvericilikdə hələ də boşluqların olmasını bildirib. “2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ-hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu sıraya korrupsiya ilə əlaqəli hərəkətlərlə bağlı hüquqi normaların qüvvəsinin artırılması və istifadəsinin genişləndirilməsi məqsədilə cinayət və inzibati məcəllələrə, cinayət və inzibati-prosessual məcəllələrə edilən dəyişikliklər, bəzi qanunların qəbul olunması (“Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması haqqında” qanun layihəsi) və digər qanun layihələrinin hazırlanması daxildir. Bununla belə bəzi sahələrlə bağlı hələ də çatışmazlıqlar qalmaqdadır. Məsələn, hələ də Whistler-Blower – xəbər verənlərin qorunması ilə bağlı qanuni öhdəliklər mövcud deyil. Həmçinin dövlət məmurlarının gəlir bəyannamələrinin açıqlanması ilə bağlı qanun qəbul olunsa da, dəstəkləyici hüquqi aktların olmaması səbəbindən həmin qanunun icrası ləngiyir”-deyə o əlavə edib.
Tədbir millət vəkilləri və QHT təmsilçilərinin müzakirələri ilə davam edib.
URL / WWW
http://kelam.az/article/a-6310.html