Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub
    Bu gün Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə USAİD-in dəstəyi ilə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr” adlı Dəyirmi masa keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda indiyədək bu sahədə qəbul olunan qanunlar barədə qısa məlumat verib.

    Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əskərov bildirib ki, Azərbaycan tarixində ümumiyyətlə korrupsiya virusu olmayıb. Onun sözlərinə görə bu virus Azərbaycana xaricdən idxal olunub. “Xüsusilə Çar Rusiyasının Azərbaycanda istilası başlayandan sonra bu hal yaşadığımız ərazidə genişlənib”-deyə o əlavə edib. E.Əskərov həmçinin korrupsiyanın zərərləri barədə danışaraq Azərbaycanda korrupsiyaya qarşı mövcud qanunvericilik aktları haqda məlumat verib.

    Tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sədri Rəna Səfərəliyeva parlamentin bu sahədə ciddi addımlar atmasına baxmayaraq, bu məsələ ilə bağlı qanunvericilikdə hələ də boşluqların olmasını bildirib. “2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ-hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu sıraya korrupsiya ilə əlaqəli hərəkətlərlə bağlı hüquqi normaların qüvvəsinin artırılması və istifadəsinin genişləndirilməsi məqsədilə cinayət və inzibati məcəllələrə, cinayət və inzibati-prosessual məcəllələrə edilən dəyişikliklər, bəzi qanunların qəbul olunması (“Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması haqqında” qanun layihəsi) və digər qanun layihələrinin hazırlanması daxildir. Bununla belə bəzi sahələrlə bağlı hələ də çatışmazlıqlar qalmaqdadır. Məsələn, hələ də Whistler-Blower – xəbər verənlərin qorunması ilə bağlı qanuni öhdəliklər mövcud deyil. Həmçinin dövlət məmurlarının gəlir bəyannamələrinin açıqlanması ilə bağlı qanun qəbul olunsa da, dəstəkləyici hüquqi aktların olmaması səbəbindən həmin qanunun icrası ləngiyir”-deyə o əlavə edib.
    Tədbir millət vəkilləri və QHT təmsilçilərinin müzakirələri ilə davam edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 333
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30