Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyində “Eurovision”la bağlı xüsusi toplantı keçirilib
09.05.12 03:32

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisəsi gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək. Görülən işlər və müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı da keçirilib.

Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. toplantıda “Eurovizion - 2012” mahnı müsabiqəsinin iştirakçılarının və qonaqların tibbi təminatı barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev “Eurovizion -2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli 1521 nömrəli, Səhiyyə Nazirliyinin 19 aprel 2012-ci il tarixli 61-5 nömrəli müvafiq sərəncamlarını icra etmək və müsabiqə iştirakçılarına, qonaqlara tibbi xidməti təşkil etmək məqsədilə müvafiq tədbirlər görüldüyünü bildirib. Belə ki, 13-20 may tarixlərdə keçiriləcək məşqlər, 21-26 may tarixlərdə isə keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçib, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb. R.Nağıyev bildirib ki, Klinik Tibbi Mərkəzdə bütün şöbələr üzrə (terapiya, nevrologiya, kardiologiya, reanimasiya, uşaq və böyüklər üçün travmatologiya, cərrahiyyə, o cümlədən üz-çənə cərrahiyyəsi, toksikologiya, doğum, ginekologiya və yoluxucu) 40 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 2 nömrəli Uşaq Klinik Xəstəxanasında da bütün şöbələr üzrə (pediatriya, yoluxucu, o cümlədən meningit, reanimasiya və otolorinqoloji) xidmətlər üzrə 10 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 nəfər həkim xarici dil üzrə müvafiq kurslar keçib. 5 nömrəli Doğum Evində bütün şöbələr üzrə (reanimasiya, doğum və ginekologiya) 5 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. Bakı şəhər TTTYS tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaq ki, onlardan 13 briqada mehmanxanalarda, 11 briqada (məşqlər zamanı 7, müsabiqə zamanı əlavə 4 ) Kristal zalda, 5 briqada (məşqlər zamanı 4, müsabiqə zamanı əlavə 1) Əl Oyunları İdman Sarayında və 2 briqada isə Dənizkənarı Parkda növbə çəkəcək. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisi xarici dil üzrə müvafiq kurs keçib.
Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən iaşə müəssisələrində sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarətin təmin olunacağı haqqında da məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-6268.html