Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Səhiyyə Nazirliyində “Eurovision”la bağlı xüsusi toplantı keçirilib
    “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisəsi gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək. Görülən işlər və müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı da keçirilib.

    Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. toplantıda “Eurovizion - 2012” mahnı müsabiqəsinin iştirakçılarının və qonaqların tibbi təminatı barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev “Eurovizion -2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli 1521 nömrəli, Səhiyyə Nazirliyinin 19 aprel 2012-ci il tarixli 61-5 nömrəli müvafiq sərəncamlarını icra etmək və müsabiqə iştirakçılarına, qonaqlara tibbi xidməti təşkil etmək məqsədilə müvafiq tədbirlər görüldüyünü bildirib. Belə ki, 13-20 may tarixlərdə keçiriləcək məşqlər, 21-26 may tarixlərdə isə keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçib, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb.

    R.Nağıyev bildirib ki, Klinik Tibbi Mərkəzdə bütün şöbələr üzrə (terapiya, nevrologiya, kardiologiya, reanimasiya, uşaq və böyüklər üçün travmatologiya, cərrahiyyə, o cümlədən üz-çənə cərrahiyyəsi, toksikologiya, doğum, ginekologiya və yoluxucu) 40 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 2 nömrəli Uşaq Klinik Xəstəxanasında da bütün şöbələr üzrə (pediatriya, yoluxucu, o cümlədən meningit, reanimasiya və otolorinqoloji) xidmətlər üzrə 10 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 nəfər həkim xarici dil üzrə müvafiq kurslar keçib. 5 nömrəli Doğum Evində bütün şöbələr üzrə (reanimasiya, doğum və ginekologiya) 5 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. Bakı şəhər TTTYS tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaq ki, onlardan 13 briqada mehmanxanalarda, 11 briqada (məşqlər zamanı 7, müsabiqə zamanı əlavə 4 ) Kristal zalda, 5 briqada (məşqlər zamanı 4, müsabiqə zamanı əlavə 1) Əl Oyunları İdman Sarayında və 2 briqada isə Dənizkənarı Parkda növbə çəkəcək. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisi xarici dil üzrə müvafiq kurs keçib.
    Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən iaşə müəssisələrində sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarətin təmin olunacağı haqqında da məlumat verilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 275
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30