Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclisdə uşaqlara qarşı zorakılığa dair beynəlxalq konfrans keçirilir
01.05.12 00:30

Bu gün Milli Məclisdə Avropa Şurası ilə birgə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda millət vəkilləri, Avropa Şurasının Bakı nümayəndəliyi, bəzi dövlət qurumlarının nümayəndələri və Avropadan, Azərbaycandan olan QHT-lər iştirak edir. Tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, bu gün Azərbaycan Avropa Şurası ilə birlikdə uşaqlara qarşı zorakılığa yox deyir. “Biz uşaqlara qarşı zorakılıq hallarının mövcudluğunu qəbul edir, lakin buna qarşı mübarizənin vacibliyini də önə çəkirik. Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı ciddi işlər görülür, bu yöndə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib, bugünkü tədbir də məhz həmin işlərin davamıdır. Hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirdik və bu tədbir zamanı çağırış etdik ki, uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlər daha da sürətləndirilməlidir. Bundan sonra bir sıra təhsil müəssisələrində, bəzi bölgələrdə uşaqlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər keçirdik, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və qayğısı altındadır. Bizdə həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar. Çox sevindirici haldır ki, uşaqlara qarşı zorakılıqla bağlı həyata keçirilən tədbirlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmaqda və müsbət qiymətləndirilməkdədir. Azərbaycanın bu istiqamətdəki təcrübəsi artıq dünya tərəfindən bir model kimi qəbul oluna bilər və olunur” - deyə vitse-spiker vurğulayıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədr müavini, qurumun “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva isə qeyd edib ki, zorakılıq mövzusu bəşəriyyət yarandan indiyədək mövcud olub. “Lakin buna qarşı mübarizə halları da ortadadır. Konkret olaraq, Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılmaqdadır. Çox sevindirici bir məqamdır ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin, valideynlərin, ailələrin qayğısı ilə əhatə olunub. Bir sözlə, uşaqlara qarşı diqqət, qayğı daim əsas məsələlərdən biri kimi gündəmdə olub” - deyə o əlavə edib. S.Fətəliyeva bildirib ki, təəssüflər olsun ki, bu gün bəzi səbəblərdən dünyada ailənin statusu aşağı enməkdə, boşanmaların sayı artmaqda, uşaqlarla valideynlər arasında problemlər çoxalmaqda, həmçinin onlara qarşı zorakılıq halları artmaqdadır.
URL / WWW
http://kelam.az/article/a-6194.html