Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisdə uşaqlara qarşı zorakılığa dair beynəlxalq konfrans keçirilir
    Bu gün Milli Məclisdə Avropa Şurası ilə birgə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda millət vəkilləri, Avropa Şurasının Bakı nümayəndəliyi, bəzi dövlət qurumlarının nümayəndələri və Avropadan, Azərbaycandan olan QHT-lər iştirak edir. Tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, bu gün Azərbaycan Avropa Şurası ilə birlikdə uşaqlara qarşı zorakılığa yox deyir. “Biz uşaqlara qarşı zorakılıq hallarının mövcudluğunu qəbul edir, lakin buna qarşı mübarizənin vacibliyini də önə çəkirik. Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı ciddi işlər görülür, bu yöndə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib, bugünkü tədbir də məhz həmin işlərin davamıdır. Hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirdik və bu tədbir zamanı çağırış etdik ki, uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlər daha da sürətləndirilməlidir. Bundan sonra bir sıra təhsil müəssisələrində, bəzi bölgələrdə uşaqlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər keçirdik, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və qayğısı altındadır.

    Bizdə həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar. Çox sevindirici haldır ki, uşaqlara qarşı zorakılıqla bağlı həyata keçirilən tədbirlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmaqda və müsbət qiymətləndirilməkdədir. Azərbaycanın bu istiqamətdəki təcrübəsi artıq dünya tərəfindən bir model kimi qəbul oluna bilər və olunur” - deyə vitse-spiker vurğulayıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədr müavini, qurumun “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva isə qeyd edib ki, zorakılıq mövzusu bəşəriyyət yarandan indiyədək mövcud olub. “Lakin buna qarşı mübarizə halları da ortadadır. Konkret olaraq, Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılmaqdadır. Çox sevindirici bir məqamdır ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin, valideynlərin, ailələrin qayğısı ilə əhatə olunub. Bir sözlə, uşaqlara qarşı diqqət, qayğı daim əsas məsələlərdən biri kimi gündəmdə olub” - deyə o əlavə edib. S.Fətəliyeva bildirib ki, təəssüflər olsun ki, bu gün bəzi səbəblərdən dünyada ailənin statusu aşağı enməkdə, boşanmaların sayı artmaqda, uşaqlarla valideynlər arasında problemlər çoxalmaqda, həmçinin onlara qarşı zorakılıq halları artmaqdadır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 602
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30