Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin üzvləri Rumıniyada rəsmi səfərdə olublar
26.04.12 20:29

Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlər arası İşçi Qrupunun üzvləri, millət vəkilləri Azay Quliyev, Elton Məmmədov və Musa Quliyev 22-25 aprel 2012-ci il tarixlərində Rumıniyada rəsmi səfərdə olublar. Rumıniyadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin ilk günündə nümayəndə heyəti Buxarest şəhərindəki Tey Parkı – Heydər Əliyev xiyabanını ziyarət ediblər. Daha sonra Azərbaycanlı millət vəkilləri Rumıniya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rumıniya parlamentinin rəhbərliyi, Azərbaycan-Rumıniya Dostluq Qrupunun üzvləri, senatorlar və deputatlar palatasının müxtəlif komitələrində, eyni zamanda Rumıniyanın Avropa Parlamenti, ATƏT, QDİƏT, NATO və s. beynəlxalq təşkilatlardakı nümayəndə heyətinin üzvləri ilə görüşlər keçiriblər. Görüşlər zamanı tərəflər iki ölkə arasında səmimi dostluq və strateji tərəfdaşlıq əlaqələrini xüsusilə vurğulayaraq 2011-ci ilin aprel ayında Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində parlamentarilərin rolunu müzakirə ediblər. Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti ilə bağlı ətraflı məlumat verib, münaqişənin beynəlxalq hüququn müvafiq normaları, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həlli ilə bağlı Rumıniya dövlətinin birmənalı və qətiyyətli mövqeyindən məmnunluq ifadə ediblər. Eyni zamanda, iki ölkə arasında, siyasi və təhlükəsizlik sahəsində mövcud yüksək səviyyəli tərəfdaşlıqdan yararlanaraq, iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşunun genişləndirilməsinə hərtərəfli dəstəyin verilməsinin zəruriliyi vurğulanıb. Rumıniya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd edib, Nabukko və AGRİ layihələrinin uğurla reallaşması üçün ölkəmizin verdiyi əməli dəstəyə görə təşəkkürünü bildirib. Növbəti gün AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev baş qərargahı Buxarestdə yerləşən Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondda Rumıniyanın aparıcı QHT nümayəndələri, o cümlədən Rumıniya QHT-lər Federasiyası, Alman Marşal Fondunun Qara dəniz regional əməkdaşlığı təşkilatı, Qara dəniz QHT Forumu, Münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma və s. təmsilçiləri ilə görüş keçirib. Görüşdə millət vəkili Azərbaycanda QHT-lərin inkişafına dövlət tərəfindən verilən dəstək və bu xüsusda Şuranın fəaliyyəti haqda geniş məlumat verib. Səfər zamanı Azərbaycanlı millət vəkilləri Rumıniyadakı Azərbaycan icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb, xaricdə yaşayan həmyerlilərimizin yerli cəmiyyətə inteqrasiya olunması, həmçinin dövlətçilik və milli maraqların təmin olunması məqsədilə diaspora fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini veriblər.
URL / WWW
http://kelam.az/article/a-6169.html