Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisin üzvləri Rumıniyada rəsmi səfərdə olublar
    Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlər arası İşçi Qrupunun üzvləri, millət vəkilləri Azay Quliyev, Elton Məmmədov və Musa Quliyev 22-25 aprel 2012-ci il tarixlərində Rumıniyada rəsmi səfərdə olublar. Rumıniyadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin ilk günündə nümayəndə heyəti Buxarest şəhərindəki Tey Parkı – Heydər Əliyev xiyabanını ziyarət ediblər. Daha sonra Azərbaycanlı millət vəkilləri Rumıniya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rumıniya parlamentinin rəhbərliyi, Azərbaycan-Rumıniya Dostluq Qrupunun üzvləri, senatorlar və deputatlar palatasının müxtəlif komitələrində, eyni zamanda Rumıniyanın Avropa Parlamenti, ATƏT, QDİƏT, NATO və s. beynəlxalq təşkilatlardakı nümayəndə heyətinin üzvləri ilə görüşlər keçiriblər.

    Görüşlər zamanı tərəflər iki ölkə arasında səmimi dostluq və strateji tərəfdaşlıq əlaqələrini xüsusilə vurğulayaraq 2011-ci ilin aprel ayında Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində parlamentarilərin rolunu müzakirə ediblər. Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti ilə bağlı ətraflı məlumat verib, münaqişənin beynəlxalq hüququn müvafiq normaları, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həlli ilə bağlı Rumıniya dövlətinin birmənalı və qətiyyətli mövqeyindən məmnunluq ifadə ediblər. Eyni zamanda, iki ölkə arasında, siyasi və təhlükəsizlik sahəsində mövcud yüksək səviyyəli tərəfdaşlıqdan yararlanaraq, iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşunun genişləndirilməsinə hərtərəfli dəstəyin verilməsinin zəruriliyi vurğulanıb. Rumıniya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd edib, Nabukko və AGRİ layihələrinin uğurla reallaşması üçün ölkəmizin verdiyi əməli dəstəyə görə təşəkkürünü bildirib. Növbəti gün AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev baş qərargahı Buxarestdə yerləşən Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondda Rumıniyanın aparıcı QHT nümayəndələri, o cümlədən Rumıniya QHT-lər Federasiyası, Alman Marşal Fondunun Qara dəniz regional əməkdaşlığı təşkilatı, Qara dəniz QHT Forumu, Münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma və s. təmsilçiləri ilə görüş keçirib. Görüşdə millət vəkili Azərbaycanda QHT-lərin inkişafına dövlət tərəfindən verilən dəstək və bu xüsusda Şuranın fəaliyyəti haqda geniş məlumat verib. Səfər zamanı Azərbaycanlı millət vəkilləri Rumıniyadakı Azərbaycan icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb, xaricdə yaşayan həmyerlilərimizin yerli cəmiyyətə inteqrasiya olunması, həmçinin dövlətçilik və milli maraqların təmin olunması məqsədilə diaspora fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini veriblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 410
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30