Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı tədbir keçirib
25.04.12 19:59

Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin iştirakı ilə tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Birliyin sədri Seymur Orucov tədbirdə gənclərin informasiya kommunikasiya, sosial sahə və sair ilə bağlı təkliflərinin müzakirə edilib layihə şəklinə salınacağını bildirib. O qeyd edib ki, konsepsiyanın hazırlanmasında gənclərin təklifi mütərəqqi hadisədir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, YAP Gənclər Birliyi daha çox gəncləri öz sıralarında əhatə edən qurumdur. Nazir müavinin sözlərinə görə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirak etməsidir. O, Azərbaycan gənclərinin potensialının üzə çıxarılması, ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini vurğulayıb. “Əminəm ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərlə bağlı konkret məsələlər öz yerini tapacaq” - deyə o əlavə edib. TÜRKPA baş katibi Ramil Həsənov müzakirələrdə bildirib ki, Azərbaycanın gələcəyinə gənclərin gözü ilə baxmaq, iqtisadi, siyasi sahədə gənclərin düşüncələrini öyrənmək önəmlidir. Onun sözlərinə görə, Azərbaycan 2020-ci il üçün inkişaf edən ölkələr sırasına daxil olmağı öz qarşısına məqsəd qoyub və bu məsələdə gənclərin üzərində böyük iş düşür. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov bildirib ki,“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkənin gələcək inkişafına yönəlib. F.Məmmədov Azərbaycanın gələcək inkişafı üçün kadrların hazırlanmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, siyasi partiyaların əsas vəzifəsi cəmiyyətlə dövlət arasında körpü rolu oynamasıdır, YAP Gənclər Birliyi isə bu işin öhdəsindən uğurla gəlir. O, dövlətin gənclər siyasəti ilə bağlı konkret proqramlar da qəbul etdiyini vurğulayıb. Tədbirdə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun Azərbaycan gənclərinin təşəbbüslərinin dəstəklənməsi üçün yaradıldığını bildirib. O qeyd edib ki, 2020-ci illə bağlı Azərbaycanın böyük planları var. F.Hacıyev gəncləri Gənclər və İdman Nazirliyinə öz təkliflərinin təqdim etməyə dəvət edib. Müzakirələrdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda gənclərlə bağlı çox təkmil sənədlər qəbul olunub. Onun sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı biri-birini tamamlayır. O, həmçinin deyib ki , tədbiri təşkil edən YAP Gənclər Birliyi dövlətin həyata keçirdiyi genişmiqyaslı layihələrin hazırlanmasında iştirak edir. Tədbir gənclərin təklifləri ətrafında müzakirələrlə davam edib.
URL / WWW
http://kelam.az/article/a-6158.html