Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    YAP Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı tədbir keçirib
    Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin iştirakı ilə tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Birliyin sədri Seymur Orucov tədbirdə gənclərin informasiya kommunikasiya, sosial sahə və sair ilə bağlı təkliflərinin müzakirə edilib layihə şəklinə salınacağını bildirib. O qeyd edib ki, konsepsiyanın hazırlanmasında gənclərin təklifi mütərəqqi hadisədir.

    Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, YAP Gənclər Birliyi daha çox gəncləri öz sıralarında əhatə edən qurumdur. Nazir müavinin sözlərinə görə, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirak etməsidir. O, Azərbaycan gənclərinin potensialının üzə çıxarılması, ölkə daxilində və beynəlxalq səviyyədə geniş yer verilməsinin vacibliyini vurğulayıb. “Əminəm ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərlə bağlı konkret məsələlər öz yerini tapacaq” - deyə o əlavə edib. TÜRKPA baş katibi Ramil Həsənov müzakirələrdə bildirib ki, Azərbaycanın gələcəyinə gənclərin gözü ilə baxmaq, iqtisadi, siyasi sahədə gənclərin düşüncələrini öyrənmək önəmlidir. Onun sözlərinə görə, Azərbaycan 2020-ci il üçün inkişaf edən ölkələr sırasına daxil olmağı öz qarşısına məqsəd qoyub və bu məsələdə gənclərin üzərində böyük iş düşür. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov bildirib ki,“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkənin gələcək inkişafına yönəlib. F.Məmmədov Azərbaycanın gələcək inkişafı üçün kadrların hazırlanmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, siyasi partiyaların əsas vəzifəsi cəmiyyətlə dövlət arasında körpü rolu oynamasıdır, YAP Gənclər Birliyi isə bu işin öhdəsindən uğurla gəlir. O, dövlətin gənclər siyasəti ilə bağlı konkret proqramlar da qəbul etdiyini vurğulayıb. Tədbirdə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun Azərbaycan gənclərinin təşəbbüslərinin dəstəklənməsi üçün yaradıldığını bildirib. O qeyd edib ki, 2020-ci illə bağlı Azərbaycanın böyük planları var. F.Hacıyev gəncləri Gənclər və İdman Nazirliyinə öz təkliflərinin təqdim etməyə dəvət edib. Müzakirələrdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda gənclərlə bağlı çox təkmil sənədlər qəbul olunub. Onun sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı biri-birini tamamlayır. O, həmçinin deyib ki , tədbiri təşkil edən YAP Gənclər Birliyi dövlətin həyata keçirdiyi genişmiqyaslı layihələrin hazırlanmasında iştirak edir. Tədbir gənclərin təklifləri ətrafında müzakirələrlə davam edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 504
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30