Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan jurnalistləri “Eurovision 2012”-də iştirak edən ölkələrin mediasına müraciət etdi
12.04.12 19:51

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision 2012” ilə bağlı Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə MŞ sədri Əflatun Amaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd beynəlxalq mediada Azərbaycanın bu mahnı müsabiqəsinə hazırlıqları ilə bağlı neqativ məlumatlara qarşı müraciət ünvanlanmaqdır. O müraciətin mətnini tədbirdə iştirak edən çoxsaylı jurnalist qurumlarının rəhbərlərinə təqdim edib. Ə.Amaşov bildirib ki, bu gün xarici KİV-lərdə Azərbaycan haqda təəssüf ki, bir sıra materiallarda obyektivlik nümayiş etdirilmir. “Müxtəlif vaxtlarda ölkədə baş verən neqativ hadisələr cəmləşərək “Eurovision” ilə əlaqələndirilir”-deyə o vurğulayıb. MŞ sədri tədbir iştirakçılarına hazırladığı müraciətin mətnini oxuyub. Müraciətdə Azərbaycanda KİV-lərin müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs olunur. “Müxtəlif beynəlxalq jurnalist təşkilatları Azərbaycanda media azadlığının yüksək səviyyədə olduğunu qeyd ediblər. Possovet məkanında ilk dəfə Azərbaycanda media ilə bağlı Mətbuat Şurası yaradılıb. KİV-lərlə bağlı qanunvericilik Avropa standartlarına uyğun formalaşdırılıb. Biz Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, Azərbaycanda demokratik medianın formalaşması üçün həyata keçirilən tədbirlər əks olunsun. Beynəlxalq media təmsilçiləri Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasını nəzərə almalıdırlar”-deyə müraciətdə bildirilir. MŞ-nın müraciətində deyilir ki, bəzi dairələr Avropanın “Eurovision” kimi mədəni tədbirini çirkin siyasi məqsədləri üçün siyasiləşdirməyə cəhd edirlər. “Bu milyonlarla Avropalıya qarşı hörmətsizlikdir. Bakıda “Eurovision”dan çox qabaq başlamış və müsabiqədən də sonra davam etdiriləcək abadlıq işləri insan haqlarının pozulması kimi qiymətləndirilə bilməz”-deyə Ə.Amaşov müraciəti oxuyaraq vurğulayıb. Şura sədri deyib ki, müraciət Avropa Yayım Birliyinə və yarışmada iştirak edəcək bütün ölkələrə göndəriləcək. Dəyirmi masada iştirak edən MŞ üzvü, deputat Bəxtiyar Sadıqov bildirib ki, 20 illik müstəqillik illərində Azərbaycan bir çox uğurlara imza atıb ki, bunlardan biri də “Eurovision” yarışmasında qalib gəlməsidir. “Əgər biz muğam, digər şərq musiqisi yarışmasında qalib gəlsəydik bu adi olardı. Lakin Azərbaycan Avropa musiqi yarışmasının qalibi olması çox əhəmiyyətlidir”-deyə o əlavə edib. Deputat deyib ki, Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlar, insan haqlarının tapdalandığını yazanlar bilməlidir ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları tapdalanmış 1 milyonadək insan var. Daha sonra çıxış edən “525”-ci qəzetin və “APA” İnformasiya Agentliyinin baş redaktorları Rəşad Məcid və Vüsalə Mahirqızı müraciətin mətninin daha da səmərəliləşdirilməsi ilə bağlı təkliflərini veriblər. Sonda müraciət bütün iştirakçılar tərəfindən imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-6099.html