Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan jurnalistləri “Eurovision 2012”-də iştirak edən ölkələrin mediasına müraciət etdi
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision 2012” ilə bağlı Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə MŞ sədri Əflatun Amaşov bildirib ki, tədbirin keçirilməsində məqsəd beynəlxalq mediada Azərbaycanın bu mahnı müsabiqəsinə hazırlıqları ilə bağlı neqativ məlumatlara qarşı müraciət ünvanlanmaqdır. O müraciətin mətnini tədbirdə iştirak edən çoxsaylı jurnalist qurumlarının rəhbərlərinə təqdim edib. Ə.Amaşov bildirib ki, bu gün xarici KİV-lərdə Azərbaycan haqda təəssüf ki, bir sıra materiallarda obyektivlik nümayiş etdirilmir. “Müxtəlif vaxtlarda ölkədə baş verən neqativ hadisələr cəmləşərək “Eurovision” ilə əlaqələndirilir”-deyə o vurğulayıb. MŞ sədri tədbir iştirakçılarına hazırladığı müraciətin mətnini oxuyub.

    Müraciətdə Azərbaycanda KİV-lərin müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs olunur. “Müxtəlif beynəlxalq jurnalist təşkilatları Azərbaycanda media azadlığının yüksək səviyyədə olduğunu qeyd ediblər. Possovet məkanında ilk dəfə Azərbaycanda media ilə bağlı Mətbuat Şurası yaradılıb. KİV-lərlə bağlı qanunvericilik Avropa standartlarına uyğun formalaşdırılıb. Biz Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, Azərbaycanda demokratik medianın formalaşması üçün həyata keçirilən tədbirlər əks olunsun. Beynəlxalq media təmsilçiləri Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasını nəzərə almalıdırlar”-deyə müraciətdə bildirilir. MŞ-nın müraciətində deyilir ki, bəzi dairələr Avropanın “Eurovision” kimi mədəni tədbirini çirkin siyasi məqsədləri üçün siyasiləşdirməyə cəhd edirlər. “Bu milyonlarla Avropalıya qarşı hörmətsizlikdir. Bakıda “Eurovision”dan çox qabaq başlamış və müsabiqədən də sonra davam etdiriləcək abadlıq işləri insan haqlarının pozulması kimi qiymətləndirilə bilməz”-deyə Ə.Amaşov müraciəti oxuyaraq vurğulayıb. Şura sədri deyib ki, müraciət Avropa Yayım Birliyinə və yarışmada iştirak edəcək bütün ölkələrə göndəriləcək. Dəyirmi masada iştirak edən MŞ üzvü, deputat Bəxtiyar Sadıqov bildirib ki, 20 illik müstəqillik illərində Azərbaycan bir çox uğurlara imza atıb ki, bunlardan biri də “Eurovision” yarışmasında qalib gəlməsidir. “Əgər biz muğam, digər şərq musiqisi yarışmasında qalib gəlsəydik bu adi olardı. Lakin Azərbaycan Avropa musiqi yarışmasının qalibi olması çox əhəmiyyətlidir”-deyə o əlavə edib. Deputat deyib ki, Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlar, insan haqlarının tapdalandığını yazanlar bilməlidir ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları tapdalanmış 1 milyonadək insan var. Daha sonra çıxış edən “525”-ci qəzetin və “APA” İnformasiya Agentliyinin baş redaktorları Rəşad Məcid və Vüsalə Mahirqızı müraciətin mətninin daha da səmərəliləşdirilməsi ilə bağlı təkliflərini veriblər. Sonda müraciət bütün iştirakçılar tərəfindən imzalanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 366
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30