Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazirlik qərəzli şikayət barədə məlumat yayıb
11.04.12 02:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə 2 aprel tarixində Aslan Rzayev adlı vətəndaşdan şikayət daxil olub. A.Rzayev şikayətində bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağacları kəsilir və guya o şəxsən bunun şahidi olub. Lakin araşdırma zamanı məlum olub ki, A.Rzayevin Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində ağacların kəsilməsi barədə Nazirliyin “Qaynar xətti”nə etdiyi şikayət qərəzli xarakter daşıyır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Nazirlik bildirir ki, şikayətçi A.Rzayev qanunsuz ov edərkən Qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılıb. Sonuncu dəfə həmin şəxs bu ilin 23 fevral tarixində Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən Qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilib. Aparılan araşdırmaların nəticəsində A.Rzayevin şikayətinin şəxsi və qərəzli xarakterli olması, eyni zamanda fərdi konfliktləri həll etmək məqsədi daşıdığı sübut edilib. Belə ki, daxil olan şikayətdə göstərildiyi kimi çoxlu sayda ağacların kəsilməsi faktı öz təsdiqini tapmayıb. Qoruğun əməkdaşları tərəfindən cari qaydada mühafizə rejiminə əməl olunmasını yoxlamaq məqsədilə 15 mart tarixində əraziyə keçirilən baxış zamanı, yəni şikayətdən əvvəl bir ədəd qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyi, köküstə qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığı məlum olub. Bununla əlaqədar 16 mart tarixində əraziyə cavabdeh olan mühafizə yegeri barəsində akt tərtib olunub, 247,7 manat məbləğində köküstə nırx dəyərində ziyan hesablanaraq onun tərəfindən ödənilib və barəsində intizam tənbeh tədbiri görülüb. Qanunsuz kəsilmiş qoz ağacının işlik hissəsi və qurumuş qoz ağacının doğranmış oduncaq hissələri yerində qaldığından qorunub mühafizə olunması üçün mühafizə yegerinə təhvil verilib. Şikayətdə qeyd olunan şabalıd ağacları isə bir neçə il əvvəl ərazi Qoruğun balansına verilənədək kəsilmiş iki ədəd ağacdır və həmin ağacların doğranmış oduncaq hissələri də yerində qaldığından mühafizə üçün yegerə təhvil verilib.
URL / WWW
http://kelam.az/article/a-6082.html