Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nazirlik qərəzli şikayət barədə məlumat yayıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə 2 aprel tarixində Aslan Rzayev adlı vətəndaşdan şikayət daxil olub. A.Rzayev şikayətində bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağacları kəsilir və guya o şəxsən bunun şahidi olub. Lakin araşdırma zamanı məlum olub ki, A.Rzayevin Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində ağacların kəsilməsi barədə Nazirliyin “Qaynar xətti”nə etdiyi şikayət qərəzli xarakter daşıyır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Nazirlik bildirir ki, şikayətçi A.Rzayev qanunsuz ov edərkən Qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılıb. Sonuncu dəfə həmin şəxs bu ilin 23 fevral tarixində Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən Qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilib.

    Aparılan araşdırmaların nəticəsində A.Rzayevin şikayətinin şəxsi və qərəzli xarakterli olması, eyni zamanda fərdi konfliktləri həll etmək məqsədi daşıdığı sübut edilib. Belə ki, daxil olan şikayətdə göstərildiyi kimi çoxlu sayda ağacların kəsilməsi faktı öz təsdiqini tapmayıb. Qoruğun əməkdaşları tərəfindən cari qaydada mühafizə rejiminə əməl olunmasını yoxlamaq məqsədilə 15 mart tarixində əraziyə keçirilən baxış zamanı, yəni şikayətdən əvvəl bir ədəd qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyi, köküstə qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığı məlum olub. Bununla əlaqədar 16 mart tarixində əraziyə cavabdeh olan mühafizə yegeri barəsində akt tərtib olunub, 247,7 manat məbləğində köküstə nırx dəyərində ziyan hesablanaraq onun tərəfindən ödənilib və barəsində intizam tənbeh tədbiri görülüb. Qanunsuz kəsilmiş qoz ağacının işlik hissəsi və qurumuş qoz ağacının doğranmış oduncaq hissələri yerində qaldığından qorunub mühafizə olunması üçün mühafizə yegerinə təhvil verilib. Şikayətdə qeyd olunan şabalıd ağacları isə bir neçə il əvvəl ərazi Qoruğun balansına verilənədək kəsilmiş iki ədəd ağacdır və həmin ağacların doğranmış oduncaq hissələri də yerində qaldığından mühafizə üçün yegerə təhvil verilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 289
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30