Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Mənim üçün saxta diplom və ya saxta mütəxəssisin fərqi yoxdur”
11.04.12 02:59

2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun “Qara bazası”na düşən 22 mindən çox diplomun Təhsil Nazirliyi tərəfindən hüquqi qüvvəsi olması barədə səslənən fikirlərə də münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, M.Abbaszadə bildirib ki, Komissiya “Tələbə-məzun Dövlət Elektron Bazası”nın təqdimatında bu komissiyasının xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlayıb. “Biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Bu uşaqlar çox aşağı bal topladıqlarını bildirən sədr, bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin özəl ali məktəbinə hansı yolla qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir aidiyyatı olmadığını qeyd edib: “Bax, mən bunun kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki, o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu hüquqi sənəd kimi qəbul edirik. Diplom hüquqi sənəddir, diplomun sürəti çıxarılmayıb, saxtalaşdırılmayıb. Amma məsələ ayrı cürdür. Bu adam mütəxəssisdir, yoxsa yox. Çünki diplom onu deyir ki, bu adam həkim, müəllimdirsə onu işə buraxmaq olar”. Sədr əlavə edib ki, diplom insanın müvafiq sahə üzrə bilik və bacarığının olduğunu göstərir, bu diploma isə onu verən ali məktəb və müvafiq nazirlik cavabdehdir: “Biz hesab edirik ki, həmin uşaqlar TQDK-nın qəbul imtahanlarında nümayiş etdirdiyi ballarla 4 il ərzində mütəxəssis kimi formalaşa bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. İkinci bir məsələ çıxır ki, həmin şəxslər mütəxəssisdirmi? 4 il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Bizim təhsil sahəsində belə “0” balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq”.
URL / WWW
http://kelam.az/article/a-6081.html