Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məleykə Abbaszadə: “Mənim üçün saxta diplom və ya saxta mütəxəssisin fərqi yoxdur”
    2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun “Qara bazası”na düşən 22 mindən çox diplomun Təhsil Nazirliyi tərəfindən hüquqi qüvvəsi olması barədə səslənən fikirlərə də münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, M.Abbaszadə bildirib ki, Komissiya “Tələbə-məzun Dövlət Elektron Bazası”nın təqdimatında bu komissiyasının xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlayıb. “Biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Bu uşaqlar çox aşağı bal topladıqlarını bildirən sədr, bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin özəl ali məktəbinə hansı yolla qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir aidiyyatı olmadığını qeyd edib: “Bax, mən bunun kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki, o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu hüquqi sənəd kimi qəbul edirik.

    Diplom hüquqi sənəddir, diplomun sürəti çıxarılmayıb, saxtalaşdırılmayıb. Amma məsələ ayrı cürdür. Bu adam mütəxəssisdir, yoxsa yox. Çünki diplom onu deyir ki, bu adam həkim, müəllimdirsə onu işə buraxmaq olar”. Sədr əlavə edib ki, diplom insanın müvafiq sahə üzrə bilik və bacarığının olduğunu göstərir, bu diploma isə onu verən ali məktəb və müvafiq nazirlik cavabdehdir: “Biz hesab edirik ki, həmin uşaqlar TQDK-nın qəbul imtahanlarında nümayiş etdirdiyi ballarla 4 il ərzində mütəxəssis kimi formalaşa bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. İkinci bir məsələ çıxır ki, həmin şəxslər mütəxəssisdirmi? 4 il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Bizim təhsil sahəsində belə “0” balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 465
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30