Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Valentina Matviyenko: “Minsk qrupunun potensialı tükənməyib”
10.04.12 02:26

“Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb məsələdir və bu məsələnin həllini qısa zamanda tapmaq mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, rəsmi Moskva bu məsələdə bütün mümkün səyləri yüksək səviyyədə göstərir. “Məhz buna misal kimi Rusiya prezidentinin təşəbbüsü ilə dəfələrlə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüşləri göstərmək olar. Ümumiyyətlə, biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edirik və beynəlxalq hüquq normalarını əsas tuturuq” - deyə V.Matviyenko vurğulayıb. O, həmçinin qeyd edib ki, parlamentin münaqişənin həlli məsələsində rolu ayrıca bir istiqamətdir. “Buna parlament diplomatiyası deyirlər.Düşünürəm ki, biz diqqətimizi ziyalılarımızın, mədəniyyət xadimlərimizin üçtərəfli görüşü üzərində cəmləşdirməliyik. Etimad mühiti formalaşmadan bu problemin həll yolunu tapmaq çətindir. Mənə elə gəlir ki bu məsələdə parlamentlərin rolu bundan ibarət olmalıdır. Biz mədəniyyət, elm xadimlərinə dəstək verməli, etimad mühiti formalaşdırmağa çalışmalıyıq. Əlbəttə, ATƏT-in Minsk qrupunun potensialı da tükənməyib. Rusiya bütün tərəfləri qane edəcək qərarların axtarılıb tapılmasında bir vasitəçi kimi aktiv mövqe tutub və tutmaqda davam edəcək. Hər iki tərəf xoş məram nümayiş etdirməli və sülh yolu ilə həll variantları tapmalıdır. Biz bu məsələdə beynəlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda həll yolu tapacağıq, çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında sərt şəkildə durur” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6077.html