Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Valentina Matviyenko: “Minsk qrupunun potensialı tükənməyib”
    “Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb məsələdir və bu məsələnin həllini qısa zamanda tapmaq mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, rəsmi Moskva bu məsələdə bütün mümkün səyləri yüksək səviyyədə göstərir. “Məhz buna misal kimi Rusiya prezidentinin təşəbbüsü ilə dəfələrlə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüşləri göstərmək olar. Ümumiyyətlə, biz bu məsələdə BMT qətnamələri çərçivəsində hərəkət edirik və beynəlxalq hüquq normalarını əsas tuturuq” - deyə V.Matviyenko vurğulayıb. O, həmçinin qeyd edib ki, parlamentin münaqişənin həlli məsələsində rolu ayrıca bir istiqamətdir. “Buna parlament diplomatiyası deyirlər.

    Düşünürəm ki, biz diqqətimizi ziyalılarımızın, mədəniyyət xadimlərimizin üçtərəfli görüşü üzərində cəmləşdirməliyik. Etimad mühiti formalaşmadan bu problemin həll yolunu tapmaq çətindir. Mənə elə gəlir ki bu məsələdə parlamentlərin rolu bundan ibarət olmalıdır. Biz mədəniyyət, elm xadimlərinə dəstək verməli, etimad mühiti formalaşdırmağa çalışmalıyıq. Əlbəttə, ATƏT-in Minsk qrupunun potensialı da tükənməyib. Rusiya bütün tərəfləri qane edəcək qərarların axtarılıb tapılmasında bir vasitəçi kimi aktiv mövqe tutub və tutmaqda davam edəcək. Hər iki tərəf xoş məram nümayiş etdirməli və sülh yolu ilə həll variantları tapmalıdır. Biz bu məsələdə beynəlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda həll yolu tapacağıq, çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında sərt şəkildə durur” - deyə o əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 310
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30