Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi ilə görüşüb
27.03.12 18:18

Fevralın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdıkərimovu qəbul edib. Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını dedi: “Azərbaycanla Qazaxıstanı yaxınlaşdıran çoxlu amillər var. Tarix, din, dil və digər mənəvi amillər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sovetlər birliyinin tərkibində olan, sonra isə müstəqillik qazanan hər iki dövlət müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Ümummilli lider Heydər Əliyevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mehriban dostluq münasibətləri əlaqələrin inkişafında mühüm rol oyandı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük işlər görür. Mən müxtəlif beynəlxalq tədbirlərdə Nursultan Nazarbayevlə görüşmüşəm. Təcrübəli dövlət xadiminin ölkəmizin rəhbərliyinə, xalqımıza necə sayğı ilə yanaşdığının şahidi olmuşam. SSRİ dağıldıqdan sonra ən çox inkişaf edən dövlətlərdən biri də Qazaxıstandır. Təbii ki, bu da Nursultan Nazarbayevin yeritdiyi uğurlu siyasət nəticəsində mümkün olub. O, bütün həyatını öz xalqının inkişafına həsr edib. Təsadüfi deyil ki, türk dünyası da bu görkəmli dövlət xadiminə bir ağsaqqal kimi baxır. Mənim salamlarını xalqımızın dostu Nursultan Nazarbayevə çatdırmağınızı sizdən xahiş edirəm”.
Səmimi qəbula görə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təşəkkürlərini bildirən Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdıkərimov səfərinin məqsədi barədə məlumat verdi: “Bu il mayın 30-31-də Astanada Dünya Din Liderlərinin IV Qurultayı keçiriləcək. “Bəşəriyyət naminə din və razılıq” şüarı ilə keçirilən bu ənənəvi toplantıda dünyanın müxtəlif ölkələrindən din xadimləri iştirak edəcək. Qurultay dinlərarası dialoqun, qlobal əməkdaşlığın, bəşəri dəyərlərin inkişafı ilə bağlı prinsipial məsələlərin perspektivinə dair təkliflərin işlənib hazırlanması məqsədi ilə keçirilir. Qurultayın keçirilməsi üzrə təşkilat komitəsi sizin kimi nüfuzlu din xadimini həmin tədbirdə görmək arzusundadır. Çox şadam ki, dəvət məktubunu çatdırmaq mənə həvalə olunub”.
Oralbay Abdıkərimov iki dövlət arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirdi və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin salamlarını QMİ sədinə çatdırdı: “Xalqımız və dövlət başçımız haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Şeyxülislam həzrətləri, İslam dünyası üçün gördüyünüz işləri Qazaxıstanda yaxından izləyir və qiymətləndirilər. Prezident Nursultan Nazarbayev, Senat rəhbərliyi, deputatlar öz salamlarını yetirməyi məndən xahiş ediblər. Mən onların ən xoş arzularını sizlərə yetirirəm”.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olundu. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov, Rus Pravoslav kisəsinin Bakı-Azərbaycan Yeparxiyasının yepiskopu Alekasndr İşein də iştirak etdilər.
URL / WWW
http://kelam.az/article/a-5995.html