Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi ilə görüşüb
    Fevralın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdıkərimovu qəbul edib. Allahşükür Paşazadə qonağı səmimi salamlayaraq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını dedi: “Azərbaycanla Qazaxıstanı yaxınlaşdıran çoxlu amillər var. Tarix, din, dil və digər mənəvi amillər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Sovetlər birliyinin tərkibində olan, sonra isə müstəqillik qazanan hər iki dövlət müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.

    Ümummilli lider Heydər Əliyevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mehriban dostluq münasibətləri əlaqələrin inkişafında mühüm rol oyandı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük işlər görür. Mən müxtəlif beynəlxalq tədbirlərdə Nursultan Nazarbayevlə görüşmüşəm. Təcrübəli dövlət xadiminin ölkəmizin rəhbərliyinə, xalqımıza necə sayğı ilə yanaşdığının şahidi olmuşam. SSRİ dağıldıqdan sonra ən çox inkişaf edən dövlətlərdən biri də Qazaxıstandır. Təbii ki, bu da Nursultan Nazarbayevin yeritdiyi uğurlu siyasət nəticəsində mümkün olub. O, bütün həyatını öz xalqının inkişafına həsr edib. Təsadüfi deyil ki, türk dünyası da bu görkəmli dövlət xadiminə bir ağsaqqal kimi baxır. Mənim salamlarını xalqımızın dostu Nursultan Nazarbayevə çatdırmağınızı sizdən xahiş edirəm”.
    Səmimi qəbula görə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təşəkkürlərini bildirən Qazaxıstan Senatı Sədrinin xüsusi nümayəndəsi, deputat Oralbay Abdıkərimov səfərinin məqsədi barədə məlumat verdi: “Bu il mayın 30-31-də Astanada Dünya Din Liderlərinin IV Qurultayı keçiriləcək. “Bəşəriyyət naminə din və razılıq” şüarı ilə keçirilən bu ənənəvi toplantıda dünyanın müxtəlif ölkələrindən din xadimləri iştirak edəcək. Qurultay dinlərarası dialoqun, qlobal əməkdaşlığın, bəşəri dəyərlərin inkişafı ilə bağlı prinsipial məsələlərin perspektivinə dair təkliflərin işlənib hazırlanması məqsədi ilə keçirilir. Qurultayın keçirilməsi üzrə təşkilat komitəsi sizin kimi nüfuzlu din xadimini həmin tədbirdə görmək arzusundadır. Çox şadam ki, dəvət məktubunu çatdırmaq mənə həvalə olunub”.
    Oralbay Abdıkərimov iki dövlət arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirdi və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin salamlarını QMİ sədinə çatdırdı: “Xalqımız və dövlət başçımız haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Şeyxülislam həzrətləri, İslam dünyası üçün gördüyünüz işləri Qazaxıstanda yaxından izləyir və qiymətləndirilər. Prezident Nursultan Nazarbayev, Senat rəhbərliyi, deputatlar öz salamlarını yetirməyi məndən xahiş ediblər. Mən onların ən xoş arzularını sizlərə yetirirəm”.
    Sonda qonağa xatirə hədiyyəsi təqdim olundu. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov, Rus Pravoslav kisəsinin Bakı-Azərbaycan Yeparxiyasının yepiskopu Alekasndr İşein də iştirak etdilər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 497
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30