Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə amnistiya aktının qəbul edilməsi təklif olunub
07.03.12 20:01

Milli Məclisin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsini qəbul edilməsi təklif olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu təklifi İqbal Ağazadə edib. O bildirib ki, yaxşı olardı ki, həbsdə olan insanlar Novruz bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirsin. “Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar. Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, o zaman parlament adından dövlət başçısına müraciət edərək xahiş etsin ki, növbəti əfv fərmanı imzalasın” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5916.html